Söz birləşmələri

Söz birləşmələrinin quruluşu. Hissə 1.

Test ID - 3741
Müəllif: Qonaq_375655 (Əlavə edilib: 29.01.2013)

Aşağıdakılardan hansı söz birləşməsidir?

günə baxan
əlüzyuyan
gözəl insan
gözəl insandır
tələb edilməlidir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

“Dostumla birgə evə sarı getdik” cümləsində söz birləşməsi hansıdır?

dostumla birgə
evə sarı
dostumla birgə evə sarı
dostumla evə sarı
yoxdur

Aşağıdakılardan hansı söz birləşməsidir?

günə baxan
əlüzyuyan
gözəl insan
gözəl insandır
tələb edilməlidir

Təyini söz birləşməsini göstərin

Məktəbə getmək
Yaşıl ağac
Teatra getdi
Axşama qədər
Məktəbdəki uşaqdır

Vasitəsiz tamamlıq işlənmiş cümləni göstərin:

Sinif nümayəndəmizi diplomla təltif etdilər
Sinif yoldaşlarımız-oğlanlar və qızlar hərbiyə hazırlaşır
Bacım və mən yola düşdük
Sən kimi gözləyirsən?
Biz birgə kitabxanaya yollandıq

Təyini söz birləşmələri haqqındakı fikirlərdən biri yanlışdır:

II və III növ təyini söz birləşmələri tərəflərinə ayrılmadan bütövlükdə cümlənin bir üzvü kimi çıxış etmir
I növ təyini söz birləşmələrinin tərəflərinin hər biri ayrı – ayrılıqda cümlə üzvü olur
Tərkibindəki sözlərin mənası ayrılmağa imkan vermədikdə I növ təyini söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur
I növ təyini söz birləşməsində I tərəf təyin rolunda, II tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir

Hansı fikir yanlışdır?

Hər bir cümlə müəyyən məqsədlə deyilir
İntonasiya şifahi nitqdə cümlələri fərqləndirən vasitələrdəndir
Cümlələri intonasiyanın köməyi ilə həm nəqli, həm də sual cümləsi kimi işlətmək olar
Cümləyə məxsus bitkinlik intonasiyası cümlələrin hamısına aid olmur

Hansı cümlənin xəbəri əvəzliklə ifadə olunmuşdur?

O, təbii olduğu qədər səmimi, səmimi olduğu qədər doğru bir insandır
Sizədir sözüm mənim, eloğlu, doğma qardaş
Onun qiyməti beşdir
Məqsədimiz oxumaqdır

Tamamlığa aid olanlardan hansı düzgündür?

İsmin adlıq halında işlənir
Quruluşca yalnız sadə olur
İsmin yiyəlik halında işlənir
İki növü var: vasitəli və vasitəsiz tamamlıq

Zaman zərflikləri haqqındakı fikirlərdən hansı səhvdir?

İş və hərəkətin, hadisənin zamanını bildirir
Nə vaxt? nə zaman? haçan? suallarına cavab verir
Zaman zərfləri, zaman mənalı isimlər, feli bağlama, feli bağlama tərkibləri və ismi birləşmələrlə ifadə olunur
Söz birləşmələri ilə ifadə oluna bilmir

Aşağıdakılardan biri söz birləşməsidir:

Səndən ötrü
Fikrə getmək
Doğma torpaq
Kömək edəndə

Birinci tərəfi isim olmayan söz birləşməsini seçin:

Çit paltar
Cod parça
Dəri çəkmə
Xəz palto

Biri ümumi şəxsli cümlə deyil:

Daldan atılan daş topuğa dəyər
Arxı tullanmamış bərəkallah demə
Sözünü yerini bilməyənin gərək dərsini verəsən
Sahilboyu addımbaşı qazmalara rast gəlirsən

Müəyyən şəxsli cümlə ilə bağlı fikirlərdən biri səhvdir:

Həmişə nəqli cümlə olur
Mübtəda buraxıla da bilər
Müxtəsər və geniş olur
Hər iki baş üzvün iştirakı ilə yaranır

İsmi birləşməni göstərin:

Anam kimi
Səndən əvvəl
Baharı arzulayaraq
Süd qoxulu körpə

Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur:

Qeyri – müəyyən şəxsli cümlə
Şəxssiz cümlə
Adlıq cümlə
Söz cümlə

Söz – cümlələr haqqındakı fikirlərdən biri yanlışdır:

Bəzi nidalar da təklikdə söz – cümlə kimi işlənir
Söz – cümlələr bir sözdən ibarət olur
Söz – cümlələr əsasən cümlədə xəbər vəzifəsində işlənir
Bəzən ədatlar və modal sözlər dialoqda ayrılıqda işləndikdə söz – cümlə kimi formalaşır

“ Sahilə çırpılan ləpələr xırda balıqqulaqlarını toz kimi ətrafa səpələyirdi ” cümləsinin sintaktik təhlili ilə bağlı səhv fikri göstərin:

Feli xəbərli sadə cümlədir
Yanaşma əlaqəsində olan üç söz var
İdarə əlaqəsinin asılı tərəfi olan sözlər eyni cümlə üzvü deyil
Təyinləri quruluşca sadədir

Hansı nümunədə yanaşma əlaqəsi var?

məktəbin həyəti
kitabı oxuyanda
doğru söz
biz çalışırıq
dəniz dalğalarını

Cümlə üzvləri bir-biri ilə necə bağlı olur?

1)məna və qrammatik cəhətdən
2)bağlayıcı vasitəsilə
3)söz birləşmələri ilə
4)köməkçi nitq hissələri vasitəsilə
5)sual ədatları ilə

Iclası kim aparacaq? cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?

isimlə
sifətlə
şəxs əvəzliyi ilə
sual əvəzliyi ilə
qeyri-müəyyən əvəzliklə

Yanaşma əlaqəsi işlənmiş cümlələri seçin?

Bakıda küləklər əsir
Vaxtsız olum nə tez keçdi qapını
Uca dağlar heç vaxt qarsız olmur
Ürək döyünmürsə, yaşamır, demək

Hansı üçüncü növ təyin söz birləşməsidir?

Füzuli lirikası
M.F. Axundovun təxəllüsü
möhkəm yer
dövlət xadimi
odlar yurdu

2ci növ təyini söz birləşməsinin asılı tərəfi hansı halda olur?

Təsirlik hal
Müəyyən yiyəlik hal
Qeyri müəyyən yiyəlik hal
Adlıq hal
Qeyri müəyyən təsirlik hal

Yanaşma əlaqəsi hansı cümlədədir?

Müəllim əlaçı şagirdləri təriflədi
Arif dərslərini yaxşı oxuyur
Uşaqlar həyətdə futbol oynayırdılar
Ceyhun siniflimizin əlaçısıdır
Əli dostu ilə səkidə söhbət edirdilər

Birinci növ təyini söz birləşməsi arasında hansı əlaqə var?

idarə, uzlaşma
yanaşma, uzlaşma
uzlaşma
yanaşma
idarə

Verilmiş II növ təyini söz birləşmələrindən yalnız birini III növə keçirmək mümkündür?

oxumaq həvəsi
gəlir mənbəyi
istirahət parkı
nitq mədəniyyəti
reklam şöbəsi
first box will be shown second NOT

Bağla
..................