Sizin hazırki nikiniz (ləğəbiniz)

Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 45240
Müəllif: stargirl (Əlavə edilib: 11.05.2013)

Təsirli olanı seçin;

yaz
oyna
get
gəl

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Biri bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir:

Nə İmran dillənir, nə də Nərgiz onu içəri dəvət edirdi
Həm həyətdə çadır qurulmuşdu, həm də evdə qonaqlar üçün süfrə açılmışdı
Ya kənddə nənəmin yanına, ya da sanatoriyaya dincəlməyə gedəcəyəm
Gah qonşuya, gah da redaksiyaya qaçırsan
Bu yerlərdə gah taxıl əkilir, gah da bostan bitkiləri becərilirdi

Aşağadakılardan hansı isimə aiddir?

isimlər konkret və mücərrəd olur
isimin yeddi halı var
əşyanın hərəkətini bildirən nitq hissəsinə isim deyilir
neçə, nə cür, hansı suallarına cavab verən nitq hissəsinə isim deyilir
isimlər zamana görə dəyişə bilir

Ümumişlək olmayan sözü tapın.

gəmi
qayıq
dəniz
ilan
ofis

Fikirlərdən biri səhvdir

İsimləşmiş say morfoloji cəhətdən say hesab olunur
Elə belə sözləri tərzi hərəkət zərfidir
“Açıq-aydın” sözü adi dərəcədə olan sifətdir
Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir
O işarə əvəzliyindən sonra vergül qoyulmur

Qrammatik şəkilçilər necə şəkilçilərdir?

ərəb mənşəli
milli
fars mənşəli
Avropa mənşəli

Hansı sözlərə saitlə başlayan şəkilçi artırdıqda “q” “ğ” – ya, “k” “y” – ya keçmir?

çarıq, kəpənək
qoruq, ürək
türk, şəfəq
sümük, otaq
çiçək, yarpaq

Məsdərə aid edilənlərdən biri səhvdir:

Mənsubiyyət şəkilçisi qəbul edir
Hallanır
Cəmlənir
III növ təyini söz birləşməsinin tərəfləri kimi çıxış edə bilir
Mübtəda, tamamlıq vəzifəsini daşıya bilir

Heca nəyə deyilir?

Sözlərin sətirdən sətrə keçməsinə
Tələffüz zamanı sözün bir hissəsinin digərinə nisbətən qüvvətli deyilməsinə
Tələffüz zamanı sözlərin asanlıqla bölünməsinə
Sait səslərin bir-birini izləməsinə
Samit səslərin bir-birini izləməsinə

Hansı söz hecalara düzgün ayrılmamışdır?

Məş-ğu-liy-yət
Məş-ğul
Möh-tə-viy-yat
Fil-o-loq
Na-mə-lum

Konkret isimdən düzəlmiş mücərrəd ismi tapın.

kitabça
sevgi
qorxu
kitabxana
ədəbiyyatşünaslıq

Məsdər nə zaman cəmlənə bilər?

Felin xüsusiyyətini qəbul etdikdə
I şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etdikdə
III növ təyini söz birləşməsinin əsas tərəfi olduqda
cəmlənə bilmir

Hansı mürəkkəb adın yazılışı səhvdir?

Bakı Şəhər İcra Hakimiyyəti
Balçılı Təhsil Mərkəzi
Azərbaycan Respublikasının milli qəhrəmanı
Orxan-Yenisey kitabələri
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri

Sözlərdən birinin yazılışı səhvdir:

inkubator
əskilmək
əkiz
kəlağayı
ekalogiya

Nəyə görə zərflik və təyin cümlənin qrammatik əsası hesab edilir?

suallarına görə
mənalarına görə
bunların heç biri qrammatik əsas deyil
cümlədə roluna görə
əsas nitq hissəsi olduğuna görə

“İçəridəki” sifətinin morfoloji təhlilindəki səhvi göstərin.

Zərfdən düzəlib.
Hansı? sualına cavab verir.
Adi dərəcədədir.
Düzəltmə sifətdir.
İki şəkilçi – bir leksik, bir qrammatik şəkilçi qəbul etmişdir.

Əsil Azərbaycan sözlərindən ibarət cərgəni göstərin

ye, yeddi
razı, qüllə
millət, arzu
Nailə, üzr
saat, qalib

Hansı sırada dodaq ahəngi gözlənilmişdir?

səmərəli, uzunluq, özümüzük
bizimki, səbəb, dözüm
iradəli, səssiz, imarət
üzümçülük, özümüzük, ömürlük
təbiət, səmərəli, sönməz

Hansı sözdə iltisaqilik  prinsipi  üç dəfə pozulub?

oğlumdakı
çiynimizdəki
nakişi
oğlumgil

Sözlərdən biri ümumişlək deyil:

qeysi
ağac
ayaq
arı
arzu

2 cür yazılan şəkilçi ilə 4 cür yazılan şəkilçinin fərqi nədir?

hər ikisi qrammatikdir
hər ikisi leksikdir
omonimdir
biri qapalı biri açıq şəkilçidir
yalnız acıqdır

Burun samitləri hansılardır?

[m], [n]
[m], [[l]
[n], [r]
[l], [r]
[n], [l]

Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?

Hər ikisi ismin yerində işlənir.
Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
Cəmlənmə imkanları hər ikisində məhduddur.
Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.

Tabesizlik bağlayıcıları hansılardır?

ki, belə ki, çünki
yəni ki, ya da ki, məsələn
madam ki, hərçənd ki, əgər
əgər, indi ki, çünki
hərgah, yəni, da, da
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.