Sizin hazırki nikiniz (ləğəbiniz)

Sadə cümlələr

Sadə cümlələrin şəxsə görə növləri. Hissə 1.

Test ID - 45280
Müəllif: Qonaq__605914 (Əlavə edilib: 02.06.2013)

Qeyri-müəyyən şəxsli cümlənin xəbəri neçənci şəxsdə olur?

1-ci şəxsin təkində.
3-cü şəxsin təkində.
2-ci şəxsin cəmində.
3-cü şəxsin cəmində.
1-ci şəxsin cəmində.

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Hansı sırada təyin feli xəbərlə ifadə olunmuşdur?

Çalış əxlaqlı adam ol
Yavaş danış eşidərlər
Yolun kənarında ağac var
Bir tam onda üç hissə götürdüm
Bu il kəndə getmə

İsmi birləşməni göstər:

evə gedəndə
dərs oxuyan
sənin vətənin
tatarca yazmaq
gözəl oxumaq

Aşağıdakılardan biri söz birləşməsidir:

Səndən ötrü
Fikrə getmək
Doğma torpaq
Kömək edəndə

3-cü növ söz birləşməsi nəyə deyilir?

Hal və mənsubiyyət şəkilçilərinin iştirakı olmadan yaranan birləşmələrə
Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrə
Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili(ı, i, u, ü)birləşmələrə
Əsas tərəfləri fellərdən ibarət olan birləşmələrə
Əsas tərəfləri adlarla ifadə olunan birləşmələrə

Biri ismi birləşmə deyil:

Beyni dumanlı
Müəllimin dedikləri
Solası çiçək
Çoxluğun səsi

Sintaktik əlaqələr neçə yerə ayrılır?

4 yerə
3 yerə
1 yerə
2 yerə
5 yerə

Aşağıdakılardan biri ismi birləşmələrin növünə aid deyil:

Qeyri-təyini ismi birləşmələrin arasına qoşma əlavə etmək olar
Təyini söz birləşmələrinin 3 növü var
Qeyri-təyini ismi birləşmələr asılı tərəfin əsas tərəfi təyin edə bilmələrdir
İsmi birləşmələrin 2 növü var

Hansı cümlədə təyin isimlə ifadə olunmuşdur?

Qabaqkı sıralar bomboş idi
Yaşıl zəmilər göz oxşayır
Aşağı mərtəbələr tərtəmiz idi
Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir

Elə isə mənim bu şkafımı səliqəyə salın cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur?

II növ təyini söz birləşməsi ilə
II növ təyini söz birləşməsi ilə
sadə isimlə
qeyri təyini söz birləşməsi ilə
III növ təyini söz birləşməsi ilə

Yalnız fel kimi işlənmir:

deyəndə
yemək
gülmədən
yıxılaraq
baxa-baxa

Hansı söz birləşməsi deyil?

ana vətən
məktəbə qədər
məktəbin həyəti
kitabın vərəqi
bağbanın gülləri

Cümlədə olan sözlər hansı xüsusiyyətinə görə bir neçə qrupa bölünür?

Cümlədəki vəzifəsinə görə
Funksiyasına görə
Rollarına görə
Məna növünə görə

Nəqli cümlənin sonunda hansı işarə qoyulur?

Nöqtə
Nida
Sual
Vergül
İki nöqtə

Bunlardan hansı mürəkkəb söz birləşməsidir??

qoşa qala qapılar
evə sarı getmək
məktəbə tərəf gəlmək
ən yaxşı şagird
ən gözəl qız

Feli birləşmələrdən biri düzgündür:

Oxunan nəğmə
Nəğmə oxuyan uşaqlar
Nəğmə oxuyan bülbül
Nəğməni oxuyan

Zərfliyin hansı məna növü iş, hərəkət və ya əlamətin səbəbini bildirir?

Səbəb zərfliyi
Kəmiyyət zərflikləri
Məqsəd zərflikləri
Yer zərflikləri

Tamamlıq, əsasən, hansı cümlə üzvü ilə bağlı olur?

Feli xəbərlə
Zərfliklə
İsmi xəbərlə
Təyinlə

"Mən gülləri, çiçəkləri suladım"- cümləsində sintaktik əlaqənin növünü tapın.

tabesizlik əlaqəsi
idarə əlaqəsi
yanaşma əlaqəsi
idarə, yanaşma əlaqələri
uzlaşma, tabesizlik əlaqəsi

Cümlədə nə işlənmişdir?
Turalın-gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı

Ümumiləşdirici söz
Həmcins üzvü cümlə
Cümlə üzvünün əlavəsi
Həmcins ixtisar
Xitab

Şəxssiz cümləni göstərin:

Soyuq bir axşam idi
Yalançının şahidi yanında olar
Onlar bu yaxşılığı unutmazlar
Oğlunun dedikləri ananın qəlbinə toxunmuşdu

Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur:

Qeyri – müəyyən şəxsli cümlə
Şəxssiz cümlə
Adlıq cümlə
Söz cümlə

Xəbər ilə bağlı hansı fikir səhvdir?

Xəbərin qrammatik cəhətdən mübtədaya tabe olması qrammatik cəhətdən onunla uyğunlaşmasıdır
Xəbər mübtədaya aid hərəkət və əlamət bildirir
Xəbər cümlənin heç bir üzvünə tabe olmayan ən müstəqil üzvdür
Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi olur

İdarə əlaqəsi hansı cümlə üzvləri arasında olur?

Tamamlıq-xəbər
təyinlə-təyinlənən
Mübtəda-xəbər
Heç biri
Zərflik-xəbər

Qeyri – təyini söz birləşməsini seçin:

Yun corab
Ay işığı
Dosta sədaqət
Şairin şeirləri

Nida cümləsini göstərin:

Yetər artıq, ayaqlarda süründük
Gün olsun ki, qurtarsın dava
Tələsmə, hələ tezdir
Yenə də hər zaman ürəyimdəki sənsən

Hansı cümlədə yer zərfliyi işlənməmişdir?

Yuxarıdan evimiz görünür
İndi hər kəs öz bacarığını göstərməlidir
Oradan aşağı düş
Dəniz sahilində dincəlirik

Bu bağlayıcılardan hansı həmcins üzvlər arasında işlənmir?

ya, ya da
amma, ancaq, lakin
çünki, ona görə də
gah, gah da
hətta, nəinki
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.