Mürəkkəb cümlələr

Budaq cümlələrinin növləri. Hissə 1.

Test ID - 56600
Müəllif: qonaq50 (Əlavə edilib: 14.08.2013)

"İnsan o zaman xoşbəxt ola bilər ki, qolunda xalqın gücünü hiss etsin, ürəyində xalqın səsini eşitsin"- tabeli mürəkkəb cümləsi hansı budaq cümləli tabeli mürəkkəb cümlədir?

Yer
Zaman
Təyin
Tərzi-hərəkət
Mübtəda

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Yer budaq cümləsini göstər

Məlumdur ki, Azərbaycanda 9 milyon əhali yaşayır.
Naməni elə yazmışam ki, Mirzə Valeh təpəsi üstə gələr.
Istəyirəm ki,hamınız əlacı olasınız.
Elə xatirələr var ki, yaddan çıxmır
Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır.

Cümlələrdən biri quruluşca mürəkkəb deyil:

Arabir göy guruldayır, yağış güclənirdi
Hamı üşüyürdü, lakin heç kəs səsini çıxarmırdı
Elə özü deyir, özü də eşidirdi
Ön sırada şagirdlər, arxa sırada isə müəllimlər oturmuşdular

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır:

Amma, ancaq bağlayıcılarının köməyi ilə
İstər, istərsə də bağlayıcılarının köməyi ilə
Lakin bağlayıcısının köməyi ilə
Yəni bağlayıcısının köməyi ilə

Budaq cümlənin növlərindən biri deyil:

Mübtəda budaq cümləsi
Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsi
Sual budaq cümləsi

Vasitəli tamamlıq budaq cümlələrinin sualları:

Kimə? kimdən? nədən?
Nə? nəyi? kimi?
Kimin? nəyin? haranın?
Nədir? necədir? nə cürdür?

“ Yağış elə yağırdı ki, elə bil yuxarıdan su tökülürdü ” cümləsi zərflik budaq cümləsinin hansı növünə aiddir:

Tərzi – hərəkət budaq cümləsi
Yer budaq cümləsi
Səbəb budaq cümləsi
Məqsəd budaq cümləsi

“ Bu il havaların soyuq keçməsinə baxmayaraq, əkin yaxşı oldu ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?

Qarşılıq – güzəşt budaq cümləsi
Şərt budaq cümləsi
Təyin budaq cümləsi
Xəbər budaq cümləsi

Biri tabeli mürəkkəb cümlə deyil:

Dil desə də, ürək razı olmur, ayaqları sözünə baxmayıb sürünürdü
Düzdür, mən orada olmuşam, amma siz deyən əhvalatı eşitməmişəm
Hərçənd mən sizin işlərinizə qarışmıram, amma zərərinizə də razı ola bilmərəm
Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır

Biri feli bağlama tərkibidir:

evə çatanda
onun oxumağı
dərsi oxuyan
yalan danışmaq

Təyini əvəzliklərdən ibarət cərgəni göstərin.

hər kəs, hər şey, kim isə
elə, belə, həmin, bu
hər, bütün, filan, öz
biri, o, filan, elə
mən, o, siz, belə

"Külək əsdi və havaya bir sərinlik gəldi"-mürəkkəb cümləsinin qrammatik təhlilindəki səhvi tapın.

Tabesiz mürəkkəb cümlədir
Tərəfləri intonasiya ilə əlaqələnmişdir
Tərəfləri arasında səbəb-nəticə əlaqəsi var
Bağlayıcılı tabesiz mürəkkəb cümlədir

"Otur oğul, hara gedirsən?" deyə əmisi təpindi.

"M":v?
"V?"-m
"V!"-m
"V?"-m
M-"V"-m?

Budaq cümlənin vəzifəsi nədir?

Baş cümləni özünə tabe etmək
Cümlələr arasında əlaqə yaratmaq
Modallıq yaratmaq
Baş cümləyə tabe olmaq, onu izah etmək

Biri tabesiz mürəkkəb cümlənin məna əlaqəsinə aid deyil:

Zaman əlaqəsi
Ardıcıllıq əlaqəsi
İştirak əlaqəsi
səbəb-nəticə əlaqəsi
Bölüşdürmə əlaqəsi

Biri mürəkkəb söz deyil

addımbaşı
kitabxana
hazırcavab
ayaqqabı
qaragilə

Tabesiz mürəkkəb cümlənin növləri nəyə əsasan fərqlənir?

baş üzvlərə
bağlayıcılara
məna əlaqələrinə
2 dərəcəli üzvlərə
tabelilik əlaqəsinə

Vurğusu ilk hecaya düşən sözlər cərgəsini göstərin:

mahir, Türkiyə, şərait
kafedra, London, məsələn
bəlkə, direktor, Avropa
avtobus, estetika, qışlaq
səhər, gömgöy, gəlmişik

Feili bağlamaya aid edilənlərdən biri səhvdir:

Cümlədə təyin olur
Cümlədəki feili müxtəlif cəhətdən izah edir
Məna çalarları var
Şəkilçiləri qrammatikdir
Feilin təsriflənməyən formasıdır

Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümləni tapın:

Adam var, heç nəyi bəyənmir
Qurban elə gəlirdi ki, elə bil heç kimi görmürdü
“ İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmamalıdır ”
“ Kim ki intizamlıdır, döyüşü də o udur ”
“ Hamıya məlumdur ki, payızda meyvə bol olur ”

Hansı bitişik yazılan mürəkkəb feldir?
A)istiotlamaq
B)yazismaq
C)guldurmek
D)naxoslamq
E)geyinmek

bitisik yazilan mürəkkəb feldir
felin birgelik növüdur düzəltmedir
felin məlum növdədir
düzəltmedir
felin qaydis növündedir

"Rəşid gəldi ki, artıq onlar yoxdur" Budaq cümləsinin növünü tapın

zaman budaq cümləsi
səbəb budaq cümləsi
məqsəd budaq cümləsi
budaq cümlə deyil
mübtəda budaq cümləsi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed