Sizin hazırki nikiniz (ləğəbiniz)

I bolmə

Nida cümləsi. Hissə 1.

Test ID - 49549
Müəllif: Admin (Əlavə edilib: 02.08.2011)

Hansı nida cümləsinə aid edilə bilməz?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir
Nida cümlələrinin xüsusi forması yoxdur
Nida cümləsinin üç növü var
Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

"Çıraqları tez yandırın" сümləsinin növünü göstərin.

nəqli cümlə
sual cümləsi
nida cümləsi
əmr cümləsi
heç biri

"Məktəbi əla qiymətlərlə bitirməyi şərəf bilirdi" cümləsində tamamlıq nə ilə ifadə olunmuşdu?

İsmi birləşmə ilə
Məsdər tərkibi ilə
Məsdərlə
İsimlə
Feli sifət tərkibi ilə

Zərfliyin hansı məna növü cümlədə hərəkət bildirən cümlə üzvünə aid olub, hərəkətin tərzini bildirir?

Yer zərflikləri
Tərzi – hərəkət zərflikləri
Məqsəd zərfliyi
Kəmiyyət zərfliyi

Buludlu hava neçənci növ təyini söz birləşməsidir?

Birinci növ
İkinci növ
Üçüncü növ
Feli birləşmə
Heç biri

Müxtəsər cümləni seçin:

Dərələr uğuldadı
Şiddətli külək əsir
Lalə soyuqdan titrəyir
Cavan çinar ağacı burada idi
Maraqlı bir roman oxudum

Hansı I növ təyini söz birləşməsi cümlə təhlilində ayrılmır

yeni il
şagird
gözəl uşaq
qədim ev
Samirin qələmi

Biri ismi birləşmə deyil:

Beyni dumanlı
Müəllimin dedikləri
Solası çiçək
Çoxluğun səsi

Ara sözün işləndiyi cümləni göstərin:

Sənin dediklərin tamamilə düzdür
Düzdür, riyaziyyatdan bir az anlayıram
Yəqin etdim ki, sən düz demirsən
Güman gələn yerləri ələk – vələk etdilər

Hansı həmcins üzvdür?

Salam Fərid gəl evə
İt, pişik ev heyvanıdır
Mənim adım Fərid
Mən azərbaycanlıyam

Biri ümumi şəxsli cümlə deyil:

Qaranlığa daş atmazlar
İşləməyənə tənbəl deyərlər
Cücəni payızda sayarlar
Suda batan saman çöpündən yapışar

Cümlələr quruluşuna görə neçə cür olur?

sadə və mürəkkəb
sadə və düzəltmə
mürəkkəb və düzəltmə
sadəcə mürəkkəb
sadəcə sadə

“ Sahilə çırpılan ləpələr xırda balıqqulaqlarını toz kimi ətrafa səpələyirdi ” cümləsinin sintaktik təhlili ilə bağlı səhv fikri göstərin:

Feli xəbərli sadə cümlədir
Yanaşma əlaqəsində olan üç söz var
İdarə əlaqəsinin asılı tərəfi olan sözlər eyni cümlə üzvü deyil
Təyinləri quruluşca sadədir

Feli birləşmələr haqqındakı fikirlərdən yalnız biri düzgündür:

İkinci tərəfi adlarla ifadə olunan birləşmələrdir
Azərbaycan dilində feli birləşmələrin növləri çoxdur
İkinci tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrdir
Vətəni sevən, vətəni sevəndə, vətəni sevmək birləşmələri feli birləşmələr deyil

Bu cümlələrdən hansı nəqli cümlədir?

Daima yaşa Azərbaycan!
Bura gəl
Dostlarını axtarırsan?
Mən kəndə gedəcəm
Mənimləsən?

Aşağıdakılardan hansı I növ təyini söz birləşməsidir?

uşağın səsi
ev quşları
oxuyan uşaq
vətən eşqi
vətənin igid oğulları

Səbəb zərfliyi ilə bağlı səhv fikri seçin:

İş ,hərəkət və ya əlamətin səbəbini bildirir
Niyə? nə üçün? nə səbəbə? suallarına cavab verir
Üçün, görə, ötrü qoşmaları ilə də ifadə olunur
Səbəb zərfliyindəki iş xəbərdəki işdən sonra baş verir

Cərgələrdən birində cümlə var:

Evə tərəf getmək
Səhərdir
Dağın başı
Dərs cədvəli
Oxuyan şagirdlər sinfi

Müəyyən şəxsli geniş cümlə hansıdır?

Verilən tapşırığa vaxtında əməl edərlər
Dünən məsələyə baxıldı
Həvəslə danışdım
Xəstəni sakitləşdirmək üçün xeyli əziyyət çəkdilər

Xitab haqqında deyilənlərdən biri səhvdir.

ey, ay, a kimi nidalarla işlənir.
Həm sözlərlə, həm de söz birləşmələri ilə ifadə olunur.
Müraciət olunan şəxsi bildirir.
Xitab cümlədə xəbərlə uzlaşır.
Xitab cümlənin əvvəlində, ortasında, sonunda gələ bilər.

Yanlış fikri göstərin:

Vasitəsiz tamamlıq ismin yönlük, yerlik və çıxışlıq halında olan sözlərlə ifadə olunur
Tamamlığın iki növü var
İkinci dərəcəli üzvlər cümlənin baş üzvlərinə aid olur
Vasitəsiz tamamlıq kimi? nəyi? nə? suallarına cavab verir

Feli xəbərlə bağlı olan ikinci dərəcəli üzvü göstərin:

Təyin
Zərflik
Tamamlıq
Tamamlıq və zərflik

Əmr cümləsini göstərin:

Şair, heç aldanma dünya varına
Sən insan oğlunun taleyinə bax
Yol ver mənə, gül dərmişəm, sevdiyimçün aparım
Gör nəyin xəyalındasan

Hansı cümlədə təyin isimlə ifadə olunmuşdur?

Qabaqkı sıralar bomboş idi
Yaşıl zəmilər göz oxşayır
Aşağı mərtəbələr tərtəmiz idi
Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir

Hansı cərgə dodaqlanmayan incə saitləri əhatə edir?

a, ı, o
o, u, ə
Ö, ü, ı
e, ə, i
ə, ı, a

İsmi söz birləşmələrinə başqa nə deyilir?

tabesizlik
tabelilik
söz birləşməsi
təyini söz birləşməsi
ismi birləşmə
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.