Sizin hazırki nikiniz (ləğəbiniz)

I Bölmə. Fel

6. Felin qrammatik məna növləri. Hissə 1.

Test ID - 3798
Müəllif: ayka_sweet (Əlavə edilib: 10.02.2013)

Hansı feli cümlədə işlətsəniz həmin cümlənin mübtədası olmayacaq?

kömək edildi
yazışdı
bildirildi
yuyuldu
gorundu

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Bağlayıcı və qoşma arasında fərqli cəhətlərdən biri yanlışdır:

Qoşma əlaqədar olduğu sözlə birlikdə cümlə üzvü olur, bağlayıcılar isə cümlə üzvündən kənarda qalır
Bağlayıcılar sözlər arasında əlaqə yaratdığı kimi, cümlələr arasında da əlaqə yaradır, qoşmalar isə cümlələr arasında əlaqədə iştirak etmir
Qoşmalar özlərindən əvvəl gələn sözlərə qoşularaq, sözlər arasında əlaqə yaradır, bağlayıcılar isə əlaqə yaradarkən sözlərdən heç birinə qoşulmur
Qoşmalar sözlər arasında əlaqə yaratdığı halda, bağlayıcı sözlər arasında əlaqə yaratmır

Tərzi hərəkət zərfi işlənmiş cümləni seçin:

Birdən müdirin gözü Yavərə, Yavərin də gözü müdirə sataşdı
Uşaq hirsindən yeməyini yemədi
Uşaq soyuqdan tir – tir əsirdi
Bu sözü ondan dəfələrlə eşitmişik

Hansı nümunədə felin əmr şəkli işlədilmişdir?

Qoy mən tox olum, özgələr ilə nədi karim?
Sular ötəydi dil - dil
Buyruq sizinkidir, adil hökmdar
Mən batırıb əllərimi şəhidlərin al qanına
Qızıl damğa vumalıyam satqınların dar alnına

Felin qrammatik məna növləri haqqında fikirlərdən biri səhvdir:

Təsirli fellərin hamısı felin qrammatik məna növləri üzrə dəyişə bilir
Felin qrammatik cəhətdən beş məna növü var
Felin növləri təsirli fellərdən düzəlir
Təsirsiz fellər bu növlər üzrə dəyişilə bilmir

Hansı şəkilçilər vasitəsi ilə təsirli fellərdən təsirsiz fellər və yaxud əksinə, təsirsiz fellərdən təsirli fel düzəltmək olar?

Qrammatik şəkilçi vasitəsi ilə
Leksik şəkilçi vasitəsi ilə
Feldən fel düzəldən şəkilçi vasitəsi ilə
Heç biri ilə

Sözlərin ixtisar formalarının ikinci adı nədir?

orfoqrafiya
orfoepiya
abreviatura
leksika
morfologiya

Modal sözlərin orfoqrafiyası haqqındakı fikirlərdən biri səhvdir:

Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
Cümlənin əvvəlində işlənən modal sözlərdən sonra vergül qoyulur
Modal sözlər şifahi nitqdə xüsusi fasilə ilə cümlənin başqa hissələrindən ayrılır
Modal sözlər heç bir köməkçi vasitə olmadan cümlədə işlənə bilmir

Hansı felin yalnız bir tərəfi zamana görə dəyişir?

həbs etdi
bitib-tükənməz
atılır-düşür
gülüb-danışmaq
sevib-sevilmək

Həm zərf, həm də say kimi işlənən saylar:

Az, çox
Yaxşı, pis
əvvəl, sonra
qədər, kimi

Qüvvətləndirici ədatlar hansılardır?

ən, lap, məgər
hətta, artıq, ha
elə, ki, yox
barı, lap, ha
qoy, lap, ha

Biri düzəltmə fel deyil :

qızarmaq
qızdırmaq
qızışmaq
qızınmaq
qızışdırmaq

Nida haqqındakı fikirlərdən hansı səhvdir?

Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur
Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulur
Nidalar dildə söz yaradıcılığında da iştirak edir
Cümlənin sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur

Zərflər daha çox hansı nitq hissələri ilə ortaq ola bilir?

isim, sifət, say
isim, əvəzlik, fel
sifət, qoşma, bağlayıcı
sifət, say, fel
isim, ədat, feli bağlama

Aşağıdakı cümlələrin hansında bax sözü ədat kimi işlənib?

Ora bax, gələn bizim uşaqlardır!
Sözü bax belə deyərlər
Şəklə diqqətlə bax
Mən səhvini ona deyəndə mənə hirslə baxdı
ver mən də baxım

Biri felin indiki zamanının inkarındadır:

gəlmir
gəlməz
gəlmədi
gəlməmişdir
gəlməyib

Hansı cümlədə zərf yoxdur?

Birdən qapı açıldı
Uzaqda üfüq görünürdü
Qoca ağacla yeriyirdi
Az danış, az din, qoy az sözlərinlə dünya bəzənsin

Hansı cümlədə ədat işlənmişdir:

Alim də, şair də, dağda çoban da
Deyir mahnısını ana dilində
Bilirik ki, Azərbaycanın böyük gələcəyi var
Bilirsiniz ki, dünyada heç şey yox olmur
Axı sən yaxşı oxumalısan

Qoşma haqqında fikirlərdən hansı düzgündür?

Qoşulduğu sözlə birlikdə cümlə üzvü olmur
Qoşma üslub fərqi əmələ gətirmir
Müstəqil suala cavab ola bilir
Qoşmalar sözlər arasında məna fərqləri də yaradır

Aşağıdakılardan biri fərqlidir:

Gəzmək
Yüyürmək
Qaçmaq
Ağlamaq
Sürünmək

Hansı cümlədə tərzi-hərəkət işlənmişdir?

Açıq səmada ulduzları seyr etmək çox gözəldir
Pis uşaq yoxdur, pis tərbiyə var
Allah sizi iti gözdən qorusun
Ovçu ovunu sərrast nişan aldı
Kirpi bir anda sıx kolluqların içində yoxa çıxdı

Tərkib hissələrindən biri zərf olan mürəkkəb sözü göstərin:

Uzunsaç
Birə-beş
Hərəkətverici
Tənbölən
Gün-güzəran

Ötrü qoşması nə bildirir:

Səbəb- məqsəd
Məkan
İstiqamət
Zərf
Yer zərfi

O hansı fellərdir ki təsirlidən düzəlir, təsirli olaraq qalır və qayıdış növdədir

qızınmaq və soyunmaq
geyinmək və soyunmaq
bildirmək və qızınmaq
bildirmək və qurutmaq
sevinmək və ağlamaq
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.