Söz birləşmələri

Feli birləşmələr. Hissə 1.

Test ID - 52451
Müəllif: Admin (Əlavə edilib: 27.11.2011)

Feli birləşmələr haqqındakı fikirlərdən yalnız biri düzgündür:

İkinci tərəfi adlarla ifadə olunan birləşmələrdir
Azərbaycan dilində feli birləşmələrin növləri çoxdur
İkinci tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrdir
Vətəni sevən, vətəni sevəndə, vətəni sevmək birləşmələri feli birləşmələr deyil

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Cümlələr quruluşuna görə neçə cür olur?

sadə və mürəkkəb
sadə və düzəltmə
mürəkkəb və düzəltmə
sadəcə mürəkkəb
sadəcə sadə

Xitab cümlədə hansı cümlə üzvü kimi işlənir?

Mübtəda
Xəbər
Təyin
Zərflik
Xitab cümlə üzvü ola bilmir

Arif dünən Bakıya getmişdi- məntiqi vurğu hara düşür?

Arif
Bakıya
Dünən
Getmişdi
Məntiqi vurğu yoxdur

Müəyyən şəxsi cümlə hansıdır?

mübtədası olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
xəbəri olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
tamamlığı olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
təyini olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir

Tabesizlik əlaqəsi hansı cümlə üzvləri arasında olur?

Mübtəda ilə xəbər arasında
Təyinlə tamamlıq arasında
Təyinlə mübtəda arasında
Həmcins üzvlər arasında
Tamamlıq xəbər arasında

Nəqli cümlənin sonunda hansı işarə qoyulur?

Nöqtə
Nida
Sual
Vergül
İki nöqtə

"Uşaqlardan beşi" söz birləşməsində hansı əlaqə var?

yanaşma
uzlaşma
idarə və uzlaşma
yanaşma və uzlaşma
idarə

Cümlədə olan sözlər hansı xüsusiyyətinə görə bir neçə qrupa bölünür?

Cümlədəki vəzifəsinə görə
Funksiyasına görə
Rollarına görə
Məna növünə görə

Sintaktik əlaqələrə aid olanlardan biri düzgündür:

Sintaktik əlaqələrin 3 növü var
“ Sintaksis ” sözü yunan sözü olub, “ lüğət, təlim ” deməkdir
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında sintaktik əlaqələr olur
“ Şeir yazmaq ” birləşməsində şeir sözü mənaca yazmaq hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur

Söz birləşməsi ilə sözün fərqli xüsusiyyəti kimi verilə bilməz:

Söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir
Söz birləşməsi səslərdən əmələ gəlir
Söz birləşməsi də sözlər kimi ad bildirir
Söz birləşməsi sözlərdən əmələ gəlir

Hansı fikir yanlışdır:

Əsas söz asılı sözə tabe olur və onu müxtəlif cəhətlərdən izah edir
Söz birləşməsinin tərkib hissələrindən biri əsas söz, o biri isə asılı söz olur
Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətdən izah edir
Bəzən birinci tərəf əvəzinə tabe tərəf, ikinci tərəf əvəzinə tabeedici tərəf terminləri işlənir

“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

Şəxs şəkilçisi
Cəm şəkilçisi
Hal şəkilçisi
Zaman şəkilçisi

Qeyri – müəyyən şəxsli cümlə işlənmiş bəndi göstərin:

Verilən tapşırığı vaxtında yerinə yetirərlər
İdarədə sənədlərin qəbul ediləcəyinə söz verildi
Onlardan sonra, elə bil ki, onun yenidən tərpənməyə qoymurdular
Gələcəyi bu gündən düşünüb, ona görə hərəkət edərlər

Şəxssiz cümləni göstərin:

Soyuq bir axşam idi
Yalançının şahidi yanında olar
Onlar bu yaxşılığı unutmazlar
Oğlunun dedikləri ananın qəlbinə toxunmuşdu

İqtisadiyyat sözündə vurğu hansı hecaya düşür

Sonuncu heca
Birinci heca
İkinci heca
Üçüncü heca

Məntiqi ardıcıllığı müəyyən edin. 1.Görüləcək iş 2.Yanan işıq 3.Yatmiş gözəl 4..

dünəndən yatan
qızıl üzük
balaca quzu
yeməli meyvə
bizə gələn

Həmcins xəbərli cümlələri göstərin

Ağlamayın, ağlamayın, analar!
Elçin oxuyur, səbinə düşünür
Döşünə döymək, lovğalanmaq pis xasiyyətdir
Dağları, düzləri ağ qar bürüyüb
Uşaqlar həyətdə danışır və mübahisə edirlər

Tabelilik əlaqəsinə aid olan nümunə hansıdır?

Arif, danış
Əlbəttə, getməliyik
Danışın, danışın
Evə getdik, Surxay
Deyəsən, gecikmədik

Hansı üçüncü növ təyin söz birləşməsidir?

Füzuli lirikası
M.F. Axundovun təxəllüsü
möhkəm yer
dövlət xadimi
odlar yurdu

Söz birləşmələrindən hansı idarə əlaqəsindədir?

Biz tələbəyik
Ordubadinin əsərləri
Uca dağ
Hündür bina
Soyuq qış

Sual cümlələrini nəqli cümlədən necə ayırmaq olar?

intonasiya
hərfən
ayırmaq olmur
əmrlə

Bunlardan hansı idarə əlaqəsindədir?

yaşıl yarpaq
kitab üzü
kitabı alan
gözəl dərs
görünüşü gözəl

Aşağıdakı cümlələrdən hansı nəqli cümlədir?

O sabah gələcək?
Hava nə gözəldir
Tez cavab ver
Bizim borcumuz vətəni qorumaqdır
Qar yağanda

Hansı cümlə mürəkkəb cümlədir?

Elvin, Məhəmməd dostdurlar
Həsən uzun dağlardan, dərin keçidlərdən, dağlardan, daşlardan, dənizlərdən keçib gəlib
Gəldim, getdi
O qaçır, yazır, oxuyur, danışır dərsi öyrənə bilmir
Əli, Həsən, Murad, Elvin, Məhəmməd, İbrahim yazı yazırlar

Tərzi-hərəkət zərfliyinin təyindən fərqi nədir?

Cümlənin baş üzvü olması
Cümlədə isimə aid olması
Hansı? sualına cavab verməməsi
Fərqi yoxdur
Cümlənin əvvəlində gəlməsi
......