Cümlə üzvləri

Ara sözlər. Hissə 1.

Test ID - 1462
Müəllif: mak (Əlavə edilib: 11.10.2012)

Ara söz işlənmiş cümlə hansıdır?(Durğu işarələri buraxılmışdı)

Elə hər isin duzdur.
Sözün duzunu zarafatla deyərlər.
Duzu bu işdən mənim gözüm su içmir.
Duz danışsan başın ağrımaz.
Duzunu Allah bilər.

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Sual cümləsi neyə deyilir?

Yüksək hiss və həyəcanla tələffüz edilən cümlələrə sual cümləsi deyilir
Bir iş hadisə əlamət haqqında məlumat verən adi təsvirə cümlələrə sual cümləsi deyilir
təkid, tələb məsləhət, nəsiyyət və s. ifadə edən cümlələrə sual cümləsi deyilir
sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir?
Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsinə sual cümləsi deyilir

Biri şəxssiz cümlədir.

Ətrafda səssizlikdir.
Usta Mehdi mənim babamdır.
Firudin bu tayfanın igid oğullarından biri idi.
Daldan atılan daş topuğa dəyər.
Körpə gülüşü... Ana sevinci...

Birinci növ təyini söz birləşməsini göstərin.

məktəbin direktoru
maraqlı kitab
yaxşı oxumaq
evə gələndə
axşamçağı

Qoşmanın qoşulduğu sadə zaman zərfliyi hansı cümlədədir?

Sonra görüşərik.
Əvvəla, sən danışmalı idin.
Rastlaşdığımız andan sonra zəng et.
Günortayacan kəndə çatdıq.
Ayın sonuna qədər tələblər yerinə yetiriləcək.

Söz birləşməsində müstəqil söz nə deməkdir?

Köməkçi nitq hissəsi
Mürəkkəb söz deməkdir
Əsas nitq hissəsi
Təkmənalı söz deməkdir
Sadə söz deməkdir

Söz birləşmələrinin növlərinə aid olan fikirlərdən biri düzgündür:

Asılı söz və əsas söz əvəzinə çox vaxt birinci tərəf, ikinci tərəf ifadələrindən istifadə edilir
Söz birləşmələrinin 3 növü var
Azərbaycan dilində ismi birləşmələrin növləri azdır
Əsas söz asılı sözə tabe olur

Təyini söz birləşmələri haqqındakı fikirlərdən biri yanlışdır:

II və III növ təyini söz birləşmələri tərəflərinə ayrılmadan bütövlükdə cümlənin bir üzvü kimi çıxış etmir
I növ təyini söz birləşmələrinin tərəflərinin hər biri ayrı – ayrılıqda cümlə üzvü olur
Tərkibindəki sözlərin mənası ayrılmağa imkan vermədikdə I növ təyini söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur
I növ təyini söz birləşməsində I tərəf təyin rolunda, II tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir

Söz birləşməsi ilə sözün fərqli xüsusiyyəti kimi verilə bilməz:

Söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir
Söz birləşməsi səslərdən əmələ gəlir
Söz birləşməsi də sözlər kimi ad bildirir
Söz birləşməsi sözlərdən əmələ gəlir

Hansı fikir səhvdir?

Cümlə bir sözdən ibarət ola bilər
Söz birləşmələri də sözlər kimi ad bildirir
Söz birləşməsi bitmiş fikir ifadə edir
Söz birləşməsi bir sözdən ibarət ola bilmir

Hansı cümlədə zaman zərflikləri feli bağlama ilə ifadə olunmuşdur?

Elləri sevmişdir könlüm əzəldən
Könlümün çiçəyi açmadan soldu
Qəribin gözləri dolar axşamlar
Mən sizi görmüşəm bir yaz səhəri

Zərfliyin hansı məna növü nə qədər? sualına cavab verir?

Məqsəd
Kəmiyyət
Səbəb
Tərzi – hərəkət

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?

Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir

“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

Şəxs şəkilçisi
Cəm şəkilçisi
Hal şəkilçisi
Zaman şəkilçisi

Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır.

indicə gedirik
ucadan danışmayın
kitabları qaytardıq
rütubətli hava
xeyirxahlıq savabdır

Cümlələrdən hansı uzlaşma əlaqəsidir?

Evin qapısı
Qalın meşə
Anaya hörmət
Mən böyüyürəm

2ci növ təyini söz birləşməsinin asılı tərəfi hansı halda olur?

Təsirlik hal
Müəyyən yiyəlik hal
Qeyri müəyyən yiyəlik hal
Adlıq hal
Qeyri müəyyən təsirlik hal

Mubtədası sifətlə ifadə olunan cümləni göstərin?

Xərc üstə çoxları dusdu kəməndə
Gözəllər seyrəngahisan görüm səni var ol yaylaq
Hər şey sənin düşündüyün qədər asan deyil
İnsaflar azalıb mürvət gödəlib
Namərd dar gündə aradan çıxandır

Hansı birləşmənin daxilində yanaşma əlaqəsi yoxdur?

Sən axşam və səhər çiçəkləri sulayarkən
Axşam dostlarımı qarşılayanda
Füzulinin məşhur "Leyli və Məcnun" poeması
Dağların və çəmənlərin gözəlliyi
Xəzər dənizinin qərb sahili

3-cü növ təyini söz birləşməsi deyil:

anamın arzusu
gözəl qız
taxta qapı
şirin alma

Hansı sırada təyin feli xəbərlə ifadə olunmuşdur?

Çalış əxlaqlı adam ol
Yavaş danış eşidərlər
Yolun kənarında ağac var
Bir tam onda üç hissə götürdüm
Bu il kəndə getmə

Mübtəda haqqında səhv fikri seçin:

mübtəda ismin adlıq halında olur
kim nə hara suallarından birinə cavab verir
başlanğıc deməkdir
quruluşca 3 növü var
quruluşca 2 növü var

Təyin ilə tərzi-hərəkət zərfliyini necə fərləndirmək olar?

təyin ilə tərzi-hərəkət zərfliyini fərqləndirmək üçün onların aid olduğu üzvlərə diqqət yetirmək lazımdır
təyinə sual vermək lazımdır
tərzi-hərəkət zərfliyinə sual vermək lazımdır
təyinin aid olduğu üzvə diqqət yetirmək lazımdır
tərzi-hərəkət zərfliyinin məna növünə fikir vermək lazımdır

Cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin:
-"Elə həmin yerə yaxınlaşanda alovun hətta yerin üstü ilə bu təpəcikdən digər təpəciyə doğru süründüyü görünürdü"

ədat, bağlayıcı, bağlayıcı, qoşma
bağlayıcı, bağlayıcı, qoşma, ədat
ədat, ədat, qoşma, qoşma
bağlayıcı, qoşma, qoşma, ədat
qoşma, ədat, bağlayıcı, bağlayıcı

Verilmiş II növ təyini söz birləşmələrindən yalnız birini III növə keçirmək mümkündür?

oxumaq həvəsi
gəlir mənbəyi
istirahət parkı
nitq mədəniyyəti
reklam şöbəsi
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed