Cümlə üzvləri

Cümlə üzvləri üzrə sintaktik təhlili. Hissə 1.

Test ID - 54196
Müəllif: Admin (Əlavə edilib: 21.01.2012)

“ Ağıllı övladın anadan aldığı tərbiyə ayın parlaq günəşdən aldığı işıqdır ” cümləsində hansı cümlə üzvləri işlənməmişdir?

Mübtəda, tamamlıq
Təyin, tamamlıq
Tamamlıq, zərflik
Təyin, zərflik

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

1 ci nov təyini söz birləşməsinə aid olan cümləni göstərin:

1 ci nov ismi birləşmə birlik də cümlənin bir üzvü olur
1 ci nov ismi birləşmə ayrılıq da cümlənin bir üzvü olur
1 ci nov ismi birləşmə cümlənin bir üzvü olur Lakin tərəflər arasına istənilən qədər söz daxil ola bilər
1 ci nov ismi birləşmə asılı tərəf ismin adlıq, yönlük, yerlik və çıxışlıq halda olur
Məqsəd güdmür

Hansı nümunədə əmr cümləsi yoxdur?

Ona el vurma
Yaşa Azərbaycan
Gərək, mən kəndə gedim
Gör nəyin xəyalındasan?
Dövlət himninin kim yazıb?

Aşağıdakılardan hansı qeyri-təyini ismi birləşmə deyil?

Dodağında təbəssüm
Gümüş qaşıq
Başı dumanlı
Evdən məktub
Döşündə orden

Üçüncü növ təyini söz birləşmələrinə aid deyil:

Bu birləşmələr ismin yiyəlik halının və mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
Birləşmənin 2 – ci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisi ilə düzəlir
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri, əsasən, isimlərlə ifadə olunur
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına istənilən qədər söz artırmaq olar

Cümlə üzvləri nəyə deyilir?

İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
Hərəkət və əlamət obyektini bildirir
Bitmiş fikir ifadə edən bir sözə və ya bir neçə sözün birləşməsinə
Məna və qrammatik cəhətdən bir – biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə

Hansı fikir səhvdir?

Cümlə bir sözdən ibarət ola bilər
Söz birləşmələri də sözlər kimi ad bildirir
Söz birləşməsi bitmiş fikir ifadə edir
Söz birləşməsi bir sözdən ibarət ola bilmir

Tabelilik əlaqəli cümləni seçin:

Var olsun şeirimiz, şairlərimiz
Qızlar ilə oğlanlar yanaşı oturmuşdular
Acılı, şirinli günlər görmüşük
Vurğun qarlı dağları, əngillikləri sevirdi

Vasitəsiz tamamlıq hansı cümlədədir?

Anaya hədiyyə aldıq
İclasda şagirdlərimizi təriflədilər
Bizdə köhnə çap kitabları var
Uşaq üçün dərslik alın

Təyin ilə bağlı səhv fikri göstərin:

Təyin cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərinə aid olub onları təyin edir
Necə? nə cür? nə qədər? neçənci? neçə? suallarına cavab olur
Təyin idarə əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur
Təyin quruluşca sadə və mürəkkəb olur

Tərzi – hərəkət zərflikləri haqqında düzgün fikri seçin:

İş və hərəkətin nə qədər icra olunduğunu bildirir
Necə? nə cür? suallarına cavab verir
Cümlədə təyin olur
Nə qədər? sualına cavab verir

Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?

Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
Bura mənim vətənimdir – Azərbaycandır
Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
İndi bahar fəslidir – yazdır

Cümlə üzvlərinin sırasının pozulması haqqındakı fikirlərdən hansı yanlışdır?

Cümlədə cümlə üzvlərinin sırası müəyyən qaydalara əsaslanır
Təyin daim xəbərdən əvvəl işlənir
Aid olduğu cümlə üzvü ilə əlaqədə təyinin yeri sabitdir
Təyin hansı cümlə üzvünə aiddirsə, onun əvvəlində işlənir

Biri ismi birləşmə deyil:

Beyni dumanlı
Müəllimin dedikləri
Solası çiçək
Çoxluğun səsi

Həmcins mübtədalı cümlə hansıdır?

Şuşa, Laçın, Kəlbəcər azad olunmalıdır
Qızıl və gümüş saatlar aldılar
Kitab, dəftər və qələm satırlar
Aytən, Nadir, Kitabları gətirin

Biri nida cümləsidir:

Bəh-bəh nə gözəl havadır!
Mən ki heç nə etməmişəm.
Dedim axı bu işin axırı yoxdur.
Beləliklə, xilafət parçalandı.
Qızın bu işdən xəbəri yoxdur.

Cümlənin mürəkkəb üzvlərinin ifadə vasitələrindən səhv olanı göstərin

İİİ növ təyini söz birləşməsi
İİ növ təyini söz birləşməsi
mürəkkəb sözlər
mürəkkəb adlar
feli sifət və məsdər tərkibləri

Verilənlərdən biri yəqinlik bildirən ara sözlərə aid edilə bilməz:

Düzü
Həqiqətən
Görəsən
Şübhəsiz
Doğrusu

Mubtədası sifətlə ifadə olunan cümləni göstərin?

Xərc üstə çoxları dusdu kəməndə
Gözəllər seyrəngahisan görüm səni var ol yaylaq
Hər şey sənin düşündüyün qədər asan deyil
İnsaflar azalıb mürvət gödəlib
Namərd dar gündə aradan çıxandır

Birinci növ təyini söz birləşmələrində hansı əlaqə olur?

idarə
uzlaşma
yanaşma
hər üçü
heç biri

Məcnunun məhəbbəti söz birləşməsində hansı sintaktik əlaqələr var?

Uzlaşma və idarə
Yalnız uzlaşma
Yalnız idarə
İdarə və yanaşma
Tabelilik əlaqəsi

Təyin cümlədə hansı işarə ilə göstərilir?

bir dalğalı xətlə
bir dalğalı bir düz xətlə
bir düz xətlə
iki düz xətlə
qırıq-qırıq xətlə

Hansı birləşmənin daxilində yanaşma əlaqəsi yoxdur?

Sən axşam və səhər çiçəkləri sulayarkən
Axşam dostlarımı qarşılayanda
Füzulinin məşhur "Leyli və Məcnun" poeması
Dağların və çəmənlərin gözəlliyi
Xəzər dənizinin qərb sahili

3-cü növ təyini söz birləşməsi deyil:

anamın arzusu
gözəl qız
taxta qapı
şirin alma

Hansı həmcins üzvdür?

Salam Fərid gəl evə
İt, pişik ev heyvanıdır
Mənim adım Fərid
Mən azərbaycanlıyam

Hansı cümlədə idi hissəciyi işlənməyib?

Dünən dostum bizə gəlmişdi.
Bayaq mən sevincimdən uçurdum.
Bacım dünən dərslərindən beş almışdı.
Mən bu uşağı yoldan keçirdim.
Mən dünən məktəbə getməmişdim.

Hansı sözlər arasında idarə əlaqəsi vardır?

Səliqəli şagird
Hərdən görünmək
Sənədləri qaytarmaq
Həvəslə oynamaq
Tez getmək
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed