III Bölmə. Köməkçi nitq hissələri

18. Ümumi məlumat. Hissə 1.

Test ID - 153
Müəllif: ada2 (Əlavə edilib: 16.08.2012)

Qoşma ismin hansı halına qoşulmur?

adlıq
yiyəlik
yönlük
yerlik
çıxışlıq

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı şəkilçi təsirli feldən təsirsiz fel düzəldə bilir?

-ış(iş,uş,üş)
-lıq(lik,luq,lük)
-dı(di,du,dü)
-acaq(əcək)
malı(məli)

Felə aid olan fikirlərdən biri səhvdir:

Hərəkət bildirən sözlərə fel deyilir
Felin cümlədə əsas rolu xəbər olmaqdır
Felin quruluşca iki növü var
Qrammatik cəhətdən geniş mənalı termindir

Təsirli felləri təsirsiz fellərə necə çevirirlər

feldən fel düzəldən şəkilçiləri artırmaqla
düzəltmə şəkilçiləri artırmaqla
qrammatik şəkilçiləri artırmaqla
leksik şəkilçiləri artırmaqla
isimdən fel düzəldən şəkilçiləri artırmaqla

İnkar şəkilçisidir:

-ça
-ma
-na
-ıltı
-pa

Saydan düzəlmiş fellər cərgəsini göstərin?

Endir, gerilə
Duzul, qaral
Yaxşılaş, gözəlləş
Azal, çoxal
Heç biri

Aşağıdakılardan hansılar səhvdir?

Fel təfəkkürümüzdə canlandırdığımız hərəkətləri də bildirir
Fel cümlədə xəbər olur
Bütün sadə fellər türk mənşəlidir
Felə aid şəkilçilər həm leksik, həm də qrammatik şəkilçilər ərəb mənşəlidir
Felin şərt şəkili müstəqil cümlənin xəbəri ola bilmir

Felin qarşılıq növü haqqındakı fikirlərdən biri səhvdir:

Qarşılıq növdə iş subyektin öz üzərində görülür
Felin qarşılıq növü hərəkətin qarşılıqlı olaraq icra edildiyini bildirir
Qarşılıq növdə hərəkətin icrasında azı iki şəxs, iki tərəf iştirak edir
Felin qarşılıq növü ış4 şəkilçisi ilə düzəlir

Felin vacib şəkli haqqında aşağıdakılardan biri düzdür:

Məzmununda gələcək zaman anlayışı olmur
Xüsusi qrammatik əlaməti yoxdur
Zaman şəkilçisi qəbul edir
Felin bu şəkli – malı, - məli şəkilçisi ilə düzəlir

İdi, imiş köməkçi felləri haqqında biri səhvdir:

İdi, imiş köməkçi felləri felin indiki, nəqli keçmiş və gələcək zamanlarında işlənir
İdi, imiş köməkçi felləri felin vacib, arzu, şərt şəkillərində olan fellərlə işlənmir
İdi, imiş köməkçi felləri fellərlə iki cür tələffüz edilir və iki cür yazılır
İdi, imiş lüğəvi mənası olmayan sözlərdir

İdi, imiş köməkçi felləri haqqında xüsusiyyətlərdən yalnız biri düzgündür:

İdi, imiş köməkçi felləri əmr şəklindəki fellərlə, felin şühudi zamanındakı fellərlə, - ıb4 şəkilçili nəqli keçmiş zamanda olan fellərlə işlənmir
İdi, imiş köməkçi felləri isimlə, sifətlə, sayla, əvəzliklə, eləcə də zərflə işlənmir
Köməkçi nitq hissələrinin hamısına uyğun gəlir
İdi, imiş köməkçi felləri üç cür tələffüz edilir

Zaman zərfləri haqqında fikirlərdən biri səhvdir:

Zaman zərfi hərəkətin icra olunduğu vaxtı bildirir
Nə vaxt? nə zaman? suallarına cavab verir
Çox, az, xeyli zaman zərfləridir
İndi, çoxdan, dünən və s zaman zərfləridir

Hansı cümlədə ədat işlənməmişdir?

Sən də təzə - təzə qəlbə dəyirsən
Di salamat qalın
Havanı bulud almışdı, ancaq hələ yağış yağmırdı
Ancaq zəhmətlə qazanc əldə etmək olar

Təsdiq bildirən modal sözlər cərgəsi hansıdır?

Gərək, beləliklə, əlbəttə
Məncə, sözsüz, nəhayət
Əlbəttə, doğrudan, həqiqətən
Bəlkə, demək, xülasə

Aşağıdakı fellərdən hansı indiki zamanın hekayəsindədir?

Almışdı
Alırdı
Alacaqdı
Almamışdı

Miqdar zərfi hansı cümlədədir:

Yayda istirahətə gedərik
Ağır otur, batman gəl
Gəlin bir az, uşaqlar, dincələk
Bir qədər su iç

Hansı cümlədə tərzi – hərəkət zərfi işlənmişdi?

Bu məsələlərdən az – çox xəbərdarsan
O, bu barədə xeyli danışdı
Açıq dərs bu gün keçiriləcək
Oğlan cəld maşına minib oradan uzaqlaşdı

Hansı cərgədəki cümlədə əmr ədatı və əmr şəklində olan fel işlənib?

Əhməd ona yanakı nəzər saldı
Əzəldən yaranıb tamaşa dünya
Gəlin qanunları yazaq yenidən
Bəlkə, bu yerlərə bir də gəlmədim

Hansı cümlədə zaman zərfi işlənməyib?

Anam sabah Bakıdan gələcək
Martın 21-i yaz gündönümü başlayır
Mən heç vaxt Muradla görüşməyəcəyəm
Elxan və Həmid Biologiya dərsində mahnı oxuya-oxuya müəllimə cavab verdilər
Telman dünən məktəbə gəlməmişdi

Fellərdən biri quruluşuna görə digərlərindən fərqlənir?

yazışmaq
tutaşmaq
yarışmaq
yaraşmaq
ulaşmaq

Sözlərdən birində vurğu yalnız birinci hecaya düşür

dolma
dondurma
yazma
çığırtma
burma

Tabelilik bağlayıcıları hansı cümlələrdə işlənir?

tabeli mürəkkəb cümlələrdə
tabesiz mürəkkəb cümlələrdə
həmcins cümlələrdə
bağlayıcılı cümlələrdə
bağlayıcısız cümlələrdə

Felin hansı məna növündən dilimizdə az istifadə edilir?

Məchul
Qayıdış
Şəxssiz
Məlum
Qarşılıq

Hansı ədatın məna növündə vergül qoyulur?

Qüvvətləndirici ədat
Ədatlarda durğu işarələrindən istifadə olunmur
Təsdiq və inkar ədatları
Sual ədatı
Arzu ədatı

Qoşma ismin bu halında işlənə bilmir:

adlıq
yiyəlik
yönlük
çıxışlıq
yerlik

Məchul növ müxtəlif feillərə hansı şəkilçiləri artırmaqla düzəlir?

-ıl və -ış (-ş)
-dır və -t
-ıl və -ın (-n)
-ıl və -dı

Modal sözlər nəyə deyilir?

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə
Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə
İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə