ZE+education...
Kurikulum+sinaqlar...

Niye yaxınlarımızın telefonlarını yadda saxlaya bilmirik?

Web site
11.07.2015
Web site

Niye yaxınlarımızın telefonlarını yadda saxlaya bilmirik? - 1

“Kasperski laboratoriyası” şirkəti ABŞ və bir sıra Avropa ölkələrində sorğu keçirərək “rəqəmli amneziya” ilə bağlı maraqlı faktlar aşkar edib.

Bildirilir ki, insanlar telefon və smartfonlardan nə qədər çox istifadə edirsə, bir o qədər digər insanların, o cümlədən ev telefonlarının nömrələrini az xatırlayır.

Belə ki, rəyi soruşulanların 49 faizi öz həyat yoldaşının mobil telefon nömrəsini, 57 faiz iş nömrəsini xatırlamayıb, 87 faiz uşaqlarının təhsil aldığı məktəbin nömrəsini deməkdə çətinlik çəkib. Bundan başqa, 87 faiz uşaqlarının mobil nömrəsini bilmədiyini etiraf edib.

Şirkət mütəxəssisləri bunun səbəbini izah edərək qeyd edirlər ki, belə “huşsuzluq” insanların vacib informasiyanı xatırlamasını rəqəmli qurğulara tapşırması nəticəsində əmələ gəlir ki, bundan sonra onlar nömrələri yadda saxlamağa çalışmırlar. İnsanlar belə informasiyalardan birini bəzən xatırlasalar da, uzun müddət istifadə edilmədiyi halda onu unudurlar, çünki onlar bu informasiyanın telefonda saxlanılmasından arxayındırlar.

Bu fikirlər sorğunun daha bir rəqəmi ilə öz təsdiqini tapır: amerikalıların 91 faizi rəqəmli qurğuları yaddasaxlama üçün alət adlandırıb.

Rəyi soruşulan amerikalıların 51 faizi və avropalıların 40 faizi etiraf edib ki, rəqəmli qurğuda saxlanılan informasiyanın itirilməsi onlarda ciddi narahatlığa səbəb olur. Qadınların 25 faizi və gənclərin 34 faizi qurğunun itirilməsinin onlarda təşvişə səbəb olmasını bildirib və buna səbəb kimi orada kontaktların, bildirişlərin və fotoşəkillərin saxlanılmasını göstərib, - "Telekomza yazır.

Dostlarınızla paylaşın!
Paylaşın - Hamı bilsin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

Öz şərhinizi yazın

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
Yeni video
Zülal. Zülalların funksiyaları. Zülalın quruluşu. Biologiya
Zülal. Zülalların funksiyaları. Zülalın quruluşu. Biologiya
Yeni video
Bağlayıcılar. Bağlayıcılarda durğu işarələri. Azərbaycan dili. Dərs 47.
Bağlayıcılar. Bağlayıcılarda durğu işarələri. Azərbaycan dili. Dərs 47.
Yeni video
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Babək. Xürrəmilər. Ərəb xilafətı. İslamın Azərbaycanda yayılması
Yeni video
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
Qafqaz Albaniyası. Cavanşir. Qədim Azərbaycan dövlətləri.
......
Bağla

Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Azərbaycan xanlıqları. Qərb Xanlıqları. İrəvan xanlığı. Naxçıvan xanlığı.
Yeni video
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.
Azərbaycan dili. Bağlayıcılar. Bağlayıcılarda bəzi məqamlar. Dərs 46.

İzahlı video testlərə keç