“NR Academy” 2011-ci ildə təsis edilmişdir. Şirkətin fəaliyyəti ixtisaslaşmış kursların və treninqlərin aparılmasına, tədrisdə yeni metodların işlənib hazırlanmasına yönəldilmişdir.
Yarandığı gündən şirkət fəaliyyətini və təklif etdiyi xidmətlərin siyahısını tez bir zamanda və uğurlu şəkildə genişləndirmişdir.
Bu gün, “NR Academy” müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə şöbədən ibarətdir: Study Abroad – Xaricdə təhsil Master Preparation – Magistr hazırlığı Language School – Xarici dillərin çoxsəviyyəli intensiv kursları Exam Preparation – TOEFL, IELTS, SAT, GMAT, GRE və s. imtahanlara hazırlıq Computer School – Kompüter proqramları üzrə kurslar Teacher Training Center – Müəllimlər üçün metodiki treninqlər Translation Center – Peşəkar yazılı və şifahi tərcümələr Consulting Center – Konsultasiya xidmətləri Testing Center – Testləşdirmə və sertifikasiya mərkəzi
“NR Academy” xarici universitet və kolleclərin Azərbaycandakı təmsilçisidir və Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Rusiya və digər ölkələrin bir çox təşkilatları ilə sıx əməkdaşlıq edir. Hazırda Bakı şəhərində fəaliyyət göstərən mərkəzin Sahil və Elmlər filialı mövcuddur.