İzahlı lüğət

ZƏDƏ

is. [fars.] 1. Toxunmaq, yaxud bərk bir şey dəymək nəticəsində bir şeydə əmələ gələn əzik yeri, qopuq, qəlpə, çatdaq və s. Bu stəkanın zədəsi var. // Meyvələrdə qurd dəymə, yaxud dolu və s.-dən əmələ gələn xəsar. Meyvənin zədəsi var. Bu qovunda zədə yoxdur. □ Zədə vurmaq - 1) zədələmək; 2) məc. yaralamaq. Zədə dəymək (toxunmaq) - 1) xarab olmaq. [Ana:] Ay oğul, bəlkə ağlına zədə toxunub. S.Rəhman; 2) məc. yaralanmaq. Zədə salmaq - zədələmək, yaralamaq. Müjganların salıb bağrıma zədə; Dözmək olmaz munca dərdi-bihədə. Q.Zakir.
2. Xarici təsir nəticəsində orqanizmin bir yerində toxumanın əzilməsi, ziyan görməsi; kontuziya. Kənd təsərrüfat işlərində müşahidə olunan zədələr cürbəcür olur.
...zədə [fars.] Bəzi mürəkkəb sözlərin “vurulmuş, uğramış, düçar olmuş, giriftar olmuş” mənalarını bildirən ikinci tərkib hissəsi; məs.: qəmzədə, müsibətzədə, fəlakətzədə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ZEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed