İzahlı lüğət

ZƏHRİMAR

is. [fars.] Əsil mənası “ilan zəhəri” olub, aşağıdakı mənalarda işlənir: 1) zəhər, çox acı şey mənasında. Haq bilir ki, beli şallı hacılar; Zəhrimartək xalqın ağzın acılar. Q.Zakir; 2) çox pis, mənfur, xoşagəlməz şey haqqında deyilir. Əba-qabını qovza, bax, içində zəhrimarı gör. M.Ə.Sabir; // söyüş məqamında. [Vəzir:] Zəhrimar, zəqqum, sən mənə belə xörək yediribsən ki, bir ay da yeməsəm, acmanam. M.F.Axundzadə. [Telli:] ..Zəhrimar, Telli, dərd, Telli. Ü.Hacıbəyov. [Mirzə Turab:] Zəhrimar, bəli! Neçə dəfədir ki, səni çağırıram, indi gəlib öküz kimi bəyirirsən. B.Talıblı; // mənfur; 3) adı deyilmək istənilməyən şeyə işarə (acıqla deyilir). [Mübaşir Məmməd:] ...Musa kişi, bizi naümid eləmə, bir-iki şüşə o zəhrimardan tap! M.İbrahimov.
□□ Zəhrimar olmaq, zəhrimara dönmək bax zəhərə dönmək (“zəhər” də). Zəhrimara döndü ağzımın dadı; Əlimdə şərbətim ağı kəsildi. Aşıq Ələsgər. Mənzilə getməyə yox cürətləri; Zəhrimar olubdur kef-ləzzətləri. H.K.Sanılı. Zəhrimara qalsın, zəhrimara qalmış - söyüş, qarğış ifadəsi. [Sevil:] Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki biz yeyirik, yazıq Balaş gecə-gündüz ac-susuz işləyir. C.Cabbarlı. [Usta Zəfər:] Yenə zəhrimara qalmış xəzri yeri-göyü süpürür. M.Süleymanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed