İzahlı lüğət

ZƏHLƏ

zəhləsini aparmaq (tökmək) - təngə gətirmək, bezikdirmək, usandırmaq. Mərdlərə can sadağa; Zəhləmi bədzat aparar. Aşıq Ələsgər. Balaca uşaqların səsiküyü adamın zəhləsini aparır. C.Məmmədquluzadə. [Zeynəb] ədəbiyyat müəlliminin lap zəhləsini tökmüşdü. Qantəmir. Zəhləsi qaçmaq (getmək) - görməyə gözü olmamaq, acığı gəlmək, sevməmək, nifrət etmək. ...Şahın münəccimbaşıdan zəhləsi getmişdi. M.F.Axundzadə. Bir müsəlman övrətindən zəhləsi qaçanda, gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. C.Məmmədquluzadə. [Məşədi Ibad:] Hərgah [papağı] bu cürə qoysam, onda qızın məndən zəhləsi gedər. Ü.Hacıbəyov. [Məhbusi Kərimxana:] Oğru kimi gizli və işsiz yaşamaqdan zəhləm gedir. M.Ibrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZOR

......
first box will be shown second NOT