İzahlı lüğət

YÜYƏN

is. Atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu ləvazimatı. Yüyəni atın başına keçirmək. Atın yüyənindən tutmaq. - Bir az da getmişdilər, genə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. “Koroğlu” . [Bülənd] atın yüyənini tamamilə buraxdı. Ə.Əbülhəsən.
□□ Yüyəni ələ keçmək - birindən asılı vəziyyətə düşmək, asılı olmaq, tabe olmaq. [Hikmət İsfəhaninin] deyəsən, yüyəni [Sərhəngin] əlinə keçməkdə idi. M.İbrahimov. Yüyəni ələ vermək - ixtiyarını başqalarının əlinə vermək, tamamilə asılı vəziyyətə düşmək, tabe olmaq. Yüyənindən (yüyənini) çəkmək - qarşısını almaq, saxlamaq, yığışdırmaq, həddini göstərmək. Onun yüyənini bir az çəkmək lazımdır. Yüyənini ələ keçirmək - özündən asılı vəziyyətə salmaq, özünə tabe etmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed