İzahlı lüğət

YUMAQ1

f. 1. Su və ya su və sabun, yaxud başqa bir maye ilə təmizləmək. Əllərini yumaq. Əl-üzünü yumaq. Ayaqlarını yumaq. Paltar yumaq. - Bahadır üzünü yuyub çay içməyə getdi. N.Nərimanov. Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Müşgünaz başını yuyub quruladıqdan sonra güzgünün qabağına gəldi. Ə.Vəliyev.
Çarparaq, toxunaraq dağıtmaq, aparmaq (yağış, dəniz, çay). Dalğalar sahili yuyur. - Su bütün əkinləri yuyub aparmışdı. Ə.Sadıq.
məc. Əvəzini vermək, doğrultmaq (“günahını” , “təqsirini” sözləri ilə). [Heydər bəy:] Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə .. yuyam. M.F.Axundzadə. [Əxistan:] Söyləsin bir mənə əyan Səbahi; Neylə yuyacaqdır ağır günahi? M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

YAZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed