1
YERİTMƏK sözünün izahı / YERİTMƏK sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

YERİTMƏK

icb. 1. Yeriməyə, hərəkət etməyə məcbur etmək. // Yeriməsinə kömək etmək, gəzdirmək. Ayaq açan uşaqları yeridirlər. Sövq etmək, hücum etdirmək. Qoşun yeritmək. - Hər iki tərəf meydana yeni-yeni qüvvələr yeridirdi. S.Rəhimov. Xəzərin sahilinə xəzri qoşunlar yeridir; Titrəyir qumların üstündə səhərdən bəridir. S.Rüstəm.
Bir şeyin içinə girməyə məcbur etmək, daxil etmək. Torpaq .. [ərik ağacının] vücuduna məlhəm yeridirdi. Mir Cəlal.
Həyata keçirmək, intişar etmək. // Təklif etmək, irəli sürmək, yaxud qəbul etdirməyə, keçirməyə çalışmaq. Fikir yeritmək. Öz təklifini zorla yeritmək istəyir. - Hərcayı.. yalanı yeridir doğru yerinə. Q.Zakir. □ Dediyini yeritmək - öz fikrini, təklifini zorla keçirmək. O yıxılmadıqca, mən heç bir vaxt öz dediyimi yeridə bilməyəcəyəm. M.Hüseyn. Ancaq Rübabə bəriki otağa keçəndə Fatma duydu ki, əri dediyini yeritmişdir. Mir Cəlal.
dan. Batırmaq, soxmaq. Anamın canı üçün, bu tiyəni düz qarnına yeridəcəyəm. P.Makulu.
məc. dan. Aldadaraq birinə satmaq, işə vermək; ötürmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif