İzahlı lüğət

YELLƏNMƏK

f . 1. Yelləncəyə minib o yan-bu yana hərəkət etmək. Yelləncəkdə yellənmək. Tərpənmək, yırğalanmaq. Beşik baxmaz heç bir kəsə; Qulaq verir gələn səsə; Nənə bir nəğmə söyləsə; Yel olur, yellənir beşik. Ə.Cavad. // Dalğalanmaq, əsmək. [Qızıl Ordunun] başı üstündə həqiqi azadlığın əbədi rəmzi olan qızıl bayraqlar yellənirdi. M.Ibrahimov.
məc. Avaralanmaq, veyillənmək, boşboş gəzmək. Bikar-bikar yellənib gəzir. Yel buraxmaq.
□□ Yellənib uçmaq - ruhlanmaq, bir yerə getməyə can atmaq. [Şərəfnisə xanım Şahbaz bəyə:] Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil, al Parijdə onların başlarına ört ki, Qarabağdan onların havasına yellənib uçursan. M.F.Axundzadə.
yellənə-yellənə zərf 1. Yellənərək, dalğalanaraq. Sürəkdən qurtarmış körpə maraltək; Saçları dağınıq, əlində ətək; Yellənə-yellənə gəlir qaçaraq. H.K.Sanılı. Qızın saçları, uzun hörüklərlə topuğa sarı; Yellənə-yellənə dalğalanırdı. S.Vurğun. Qara kişi artıq dayanmadı, ətəkləri yellənə-yellənə idarədən çıxdı. Ə.Əbülhəsən.
2. məc. Nazlana-nazlana, əzilə-əzilə, nazqəmzə ilə. Yellənə-yellənə gələn yar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed