İzahlı lüğət

YAQUT

is. [ər.] 1. Qırmızı rəngdə olan qiymətli daş. Yaqut üzük (qaşı yaqutdan olan üzük). - Qaş-daşı əlli, vəzni yüz misqal; Qırx daşı ləldir, onu yaqut. S.Ə.Şirvani. [Hacı Murad:] ..Bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz. S.S.Axundov.
2. məc. şair. Al-qırmızı rəng simvolu kimi. Aç o yaqut dodağını, ey xanım, aç! Ortaya inci, cəvahir, dür saç! A.Şaiq. Şaxta vurub buz donsa da sənin yaqut yanağında; El qeyrəti, vətən eşqi gülər açıq dodağında. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......