Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

XALQ

is. 1. Ölkənin, dövlətin sakinləri, əhalisi. Azərbaycan xalqı. - Əsl qəhrəmandır; Əsl şair ki; Omrü də xalqının ömrüylə birdir. N.Xəzri.
Millət. Qəm-kədər ordusunun bayrağını parçaladım; Xalqımın ömrünə öz ömrümü candan caladım. S.Rüstəm. Alnındakı qırışlar adicə qırış deyil; Öz xalqının keçdiyi iztirab yollarıdır! B.Vahabzadə. Eyni yerdə yaşayan adamlar, camaat. Dağ xalqı. Aran xalqı. Köçəri xalq. - Indi Əşrəf.. ailə xalqı üçün daha qiymətli idi. Şaiq. [Turxan bəy Bəypolada:] Çingiz bəy Dağıstan xalqına qarşı başqa hörmət, başqa bir məhəbbət bəslər. H.Cavid. [Yazgül Şeydaya:] Gərək bu ilin məhsulu haqqında Göytəpə xalqının rəyini biləm! Ə.Məmmədxanlı. // Ümumiyyətlə, camaat, kütlə, el, adamlar. Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli.
Ölkənin (istismarçı dövlətlərdə) əsas, əməkçi kütləsi. Zəhmətkeş xalq. Xalqın mənafeyi uğrunda mübarizə aparmaq.
Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. Xalq gəliri. Xalq sərvəti. [İmran kişi:] ..Xalq malına kəc baxanın gözlərindən qan damar. M.Hüseyn. // Xalqla bağlı olan, xalq tərəfindən yaradılmış, xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan. Xalq ədəbiyyatı. Xalq yaradıcılığı. Xalq sənəti. - [Usta] Azərbaycan xalq mahnılarını çox sevirdi. M.Hüseyn. Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hakimiyyətinin müdrik mənasını təqdir etdi. S.Rəhimov. [Səlimin] yadına adicə bir xalq lətifəsi haradansa gəlib düşmüşdü. B.Bayramov. // Bəzi idarələrin və vəzifəli şəxs adlarının tərkibində işlənir. Xalq məhkəməsi. Xalq elçisi. Xalq komissarlığı. // Hökumət tərəfindən elm, incəsənət və s. sahəsində böyük xidmət və fəaliyyətə görə verilən fəxri adların tərkibində işlənir. Xalq artisti. Respublikanın xalq rəssamı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAB

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)

Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət

Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...

Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:

Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:

Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri

Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:

Bağla
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

İzahlı video testlərə keç

.....