İzahlı lüğət

XALAT

is. [ər.] 1. Orta Asiya xalqlarının ətəkləri üst-üstə gələn, yaxası açıq üst geyimi. Zolaqlı xalat. Ozbək xalatı.
2. Evdə və ya işdə geyilən, yaxası düymə və ya bağla bağlanan yüngül üst geyimi. Həkim xalatı. Çit xalat. - Ağ xalat bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Poladın arvadı Rəfiqə güllü xalatda otağa girib uşaqları dəhlizə qovdu, uşaqlar gülüşə-gülüşə bayıra qaçdılar. M.Süleymanov. ..Pillələri [Gülgəz] endikcə xalatın ətəklərinin yellənib açıldığına fikir vermirdi. I.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAY

XOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed