İzahlı lüğət

VƏTƏNDAŞ

is. 1. Müəyyən bir dövlət əhalisinə mənsub olub, öz dövlətinin qanunları ilə müəyyən edilmiş bütün tələbləri yerinə yetirməyə borclu olan şəxs. Azərbaycan vətəndaşı. - Ey bahar ölkəmin vətəndaşları! Yol açın şəfəqdən hörülmüş nəslə. A.Şaiq. Bir balaca Vətən daşı; Vətən daşı olmayandan; olmaz ölkə vətəndaşı... M.Araz. // Bir dövlətin təbəəsi. O hansı ölkənin vətəndaşıdır?
2. Yaşlı adam, kişi. Bir vətəndaş gəlmişdi. Bu vətəndaş kimdir? - Darvazanın qapısında bir-iki nəfər vətəndaş durub, bir qulluqçu ilə nəsə danışırlar. C.Məmmədquluzadə. // Yaşlı adamlara rəsmi müraciət forması. Vətəndaş, vəsiqənizi göstərin! Vətəndaş, yol verin, keçim! 0 Vətəndaş müharibəsi - bir dövlət daxilində antaqonist siniflər arasında silahlı mübarizə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed