İzahlı lüğət

VƏFADAR

sif. [ər. vəfa və fars. dar] şair. Vəfalı, dostluğunda sabit və sədaqətli olan, dostunu unutmayan. Ey dilbəri-dildarım, sənsən əbədi yarım; Vey yari-vəfadarım, didarına müştaqəm. Nəsimi. Az ləfzilə ol büti-vəfadar; Çox dərdiniyarə qıldı izhar. Məsihi. Mərdlər ilə gəz ki, vəfadar olur; Namərdlərə yoldaş olan xar olur. M.V.Vidadi. Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun. // Dost, sevgili. Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? Qurbani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

VAQ

VAY

VOJ

......
first box will be shown second NOT