İzahlı lüğət

ÜZÜLMƏK

f 1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. Azarladım, ölmədim; üzüldüm, öldüm. (Ata. sözü). [Zeynəb Səliməyə:] Yorğunsan, üzülmüsən, get bir az dincəl! Ə.Məmmədxanlı.
Çox köhnəlmək, yıpranmaq, əldən düşmək. Köynək lap üzülmüşdür. // Cırılmaq, süzülmək, qırılmaq. [Yusif] köynəyin üstündən toqqanı çox bərk çəkdiyi üçün ortası az qala üzülürdü. B.Bayramov.
Qopmaq, ayrılmaq, aralanmaq. [Həcərin] sağ əli aynalıdan üzülməmişdi. S.Rəhimov. Onun əlləri; Gecə yarısınadək; Sükandan üzülməmiş. I.Səfərli.
Qurtarmaq üzrə olmaq, qurtarmaq. Anbarlardan ərzaq ehtiyatı üzülmür, tələbələrə gündə üç dəfə yemək verilirdi. S.Rəhimov.
Bir sıra sözlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: canı üzülmək, qəlbi üzülmək, əli üzülmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed