İzahlı lüğət

UZAQLIQ

is. 1. Məsafəcə uzunluq, məsafəcə yaxın olmama; uzaq olma, iraqlıq. Yolun uzaqlığı. Səfərin uzaqlığı. Ulduzların uzaqlığı. Məsafənin uzaqlığı. // İki müəyyən nöqtə arasındakı məsafə. Mərmi uçuşunun uzaqlığı. Atış uzaqlığı. // Uzaqda olan, uzaqlarda görünən şey, ya şeylər. Planetlər, uçulub dağılan o dəhşətli uzaqlıqlar daima mənə qədim bir əfsanə kimi gözəl və irişilməz görünürdü. Ə.Məmmədxanlı.
2. Zamanca, dövr etibarilə yaxın olmama, uzaq olma, aradan çox zaman keçmə. Hadisələrin uzaqlığı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

URA

......