İzahlı lüğət

UYUMAQ

f . 1. Yuxulamaq. Nəhayət, uyuyan (f.sif.) uşaq tərpənib gözlərini açdı. T.Ş.Simurq. // Məc. mənada. Rahat uyu, qəhrəman əsgər! - Uyuyur məncə məzarında sənin; Ağlayan qanlı bir əsrin dərdi. S.Rüstəm.
2. məc. Həyat əsəri göstərməmək, tam sükut içində olmaq, sükuta dalmaq, fəaliyyətsiz, hərəkətsiz halda olmaq. Qapı təkrar döyüldü, səs sükut içində uyuyan (f.sif.) dalana düşüb, əks-sədalar doğurdu. Çəmənzəminli. Yer uyuyur, göy dincəlir; Ətrafa duman çökür. H.Hüseynzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed