İzahlı lüğət

UYĞUN

sif. 1. Uyar, müvafiq; düz gələn, müvafiq olan, lazımi şəkildə olan, bir şey üçün yararlı olan. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. M.S.Ordubadi. Dükandan çoxdan bəri arzusunda bulunduğum bir kiçik və uyğun dəstək alıb parasını verdim. T.Ş.Simurq. [Oğlan] güləgülə və oranın yerli şivəsinə uyğun, xalis və təmiz bir Azərbaycan dilində mənə cavab verdi. M.Rzaquluzadə. // Münasib, layiq, yaraşan; tələbə, şərtə cavab verən. Uyğun bir vəzifə. Qabiliyyətinə uyğun bir iş. - [Jasmen:] Saray artisti demək pək uyğun. H.Cavid. // Bir-birinə uyan, həmahəng olan. Uyğun səslər uçuşur sol, sağında; Şən bülbüllər, dadlı dillər bizimdir. A.Şaiq. □ Uyğun gəlmək - düz gəlmək, uymaq, uyğun olmaq, müvafiq olmaq. [Badsəba:] Zatən təbiətimiz [Muradla] bir-birinə uyğun gəldi. Çəmənzəminli. Iskəndər, yaşına uyğun gəlməyən bir çevikliklə ayağa qalxıb eşiyə çıxdı. M.Hüseyn.
2. Əlverişli, münasib. Mallar uyğun bir qiymətə satılır.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

U1

......