1
ULDUZ sözünün izahı / ULDUZ sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

ULDUZ

is. 1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. Göydə ulduzlar parlayır. - Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. Birbirinə sığınan ulduzlar sayrışmağa başladı. Bayramov. məc. Hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu.
Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. Beşguşəli ulduz. Ulduz şəkli çəkmək. // Həmin şəkildə olan fərqlənmə nişanı. Marşal ulduzu. // Təşbehlərdə: parlayan şey haqqında. Araz öz adını elə cəsarətlə dedi ki, fəhlələrin gözləri onun ulduz kimi yanan parlaq gözlərinə dikildi. A.Şaiq.
□□ Ulduz ulduzu çağırır şair. - gecə ulduzların par-par parıldaması haqqında. Onlar kəndə yetişəndə artıq gecə idi. Göydə ulduz ulduzu çağırırdı. M.Hüseyn. Ulduzu (ulduzları) barışmaq - bir-birilə dil tapmaq, yola getmək, bir-birilə xoş keçinmək. [Pakizə:] ..Yox, bunların ulduzu barışıb, - deyə, o yoxsul ailənin keçirdiyi bu sadə həyata heyrət edirdi. A.Şaiq. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov. Ulduzu batmaq bəxti sönmək, şöhrətdən düşmək, nüfuzunu itirmək, gözdən düşmək. Bircə günün içində xalqı tir-tir əsdirən qorodovoyun ulduzu batdı. S.Rəhman. Ulduzu doğmaq - xoşbəxtliyə çıxmaq, bəxti üzünə gülmək. [Cəmil bəy həqarətlə:] Demək ki, taleyimizin ulduzu doğmağa başlamış da xəbərimiz yox.. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

U2

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif

Bağla
Sabahdan universitetlər açılır
Bakalavrlar üçün Koreya təqaüd proqramı
Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır
COVID pasportu yoxdursa görə neçə müəllim məktəbə buraxılmayacaq?