Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

TEXNİKA

[yun. technike - bacarıq, ustalıq] 1. İctimai istehsalda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. Elm və texnika. Texnikanın inkişafı. Elm və texnikanın nailiyyətləri. Qabaqcıl texnika. // top. Maşınlar, mexaniki alətlər, qurğular. Texnikanı qorumaq. Kənd təsərrüfatı texnikası. Texnikanı təmir etmək. Hərbi texnika.
2. Hər hansı bir işdə, sənətdə istifadə olunan professional üsulların məcmusu. Şahmat oyununun texnikası.
□□ Təhlükəsizlik texnikası - iş şəraitinin təhlükəsizliyini təmin edən vasitələr və üsullar sistemi. s
TEXNIKI sif. 1. Texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan. Texniki tərəqqi. Texniki gerilik. Texniki bilik. - Texniki elmlər fakültəsinin binasından çıxarkən bir dəstə tələbə qabağımızı kəsib, bizimlə söhbət etmək istədiyini bildirdi. M.İbrahimov.
Maşın və mexanizmlərin işinə aid olan, bir şey istehsal etmək prosesi ilə bağlı olan. Avtomobillərə texniki baxış. // Hər hansı bir istehsalatın texnikasına xidmətlə bağlı olan. Texniki xidmət. Texniki şura. Sənayedə istifadə və emal edilmək üçün olan. Texniki bitkilər (qənd çuğunduru, pambıq, günəbaxan və s.). Texniki yağlar. Meyvənin texniki sortları.
Bir işdə müxtəlif köməkçi işləri görən. Səhnənin texniki işçiləri. - Bu zaman texniki katib yenə qapını açıb içəri baxdı. Q.İlkin. Texnika və ya elmin hər hansı sahəsinə aid xüsusi anlayışı ifadə edən (professional söz, ifadə haqqında). Texniki terminlər. Texniki ifadə.
□□ Texniki redaktor - kitab, jurnal, qəzet və s.-nin poliqrafik tərtibatını verən və ona rəhbərlik edən adam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<