İzahlı lüğət

TAYFA

is. [ər. taifə] 1. Sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. Köçəri tayfalar.
dan. Xalq, millət mənasında.
dan. Qohum, qəbilə, qohum-əqrəba. Müəllim yaxşı bilirdi ki, Qəhrəmangilin bütün tayfasında bir nəfər də olsa savadlı adam yoxdur. S.Rəhimov. Şirzad kişi tayfasını Pərşanın hücumlarından qorumaq təşəbbüsünün nahaq olduğunu düşünüb dinmədi. M.Ibrahimov.
dan. zar. Ümumi bir xüsusiyyəti (əsasən ixtisası, sənəti, zehniyyəti) ilə birləşən adamlar dəstəsi, qrupu. [Bəylərdən birisi:] ..Həkim taifəsinin ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Sultan bəy Süleymana:] Orasını doğru deyirsən, həqiqət tacir tayfası mənim xoşuma gəlir. Ü.Hacıbəyov. [Muxtar Firəngizə:] Şofer tayfası elə şeydir ki, üz versən astarını ikiqat istər. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed