İzahlı lüğət

TAS1

is. Enli, dairəvi, dayaz metal qab; teşt, ləyən. Hamam tası. - Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə .. tövşüyətövşüyə içəri girdi. İ.Hüseynov.
2. Köhnə məişətdə: tas qurmaqla fala baxma, tas falı. [Sərvinaz xanım:] Deyib, arxayın ol, arvad, tas yaxşı göstərir. N.Vəzirov. □ Tas qurmaq - köhnə məişətdə: içi su ilə dolu tası müşahidə etməklə fala baxmaq. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar. H.Sarabski. Falçı [Sayalı arvadla] tas qurardı. Mir Cəlal.
□□ Köhnə hamam, köhnə tas - hər şey əvvəldə olduğu kimi, qətiyyən heç bir şey dəyişmədən (dəyişməmiş).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

TEZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed