İzahlı lüğət

SÜTUN

is. 1. arxit. Binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən hündür dirək. Sarayın bəzəkli sütunları. - Telli, qıyqacı çadralı başını balkonun sütununa söykəyib baxırdı. S.Hüseyn. Rüstəm kişi ikimərtəbəli binanın kərpic sütunundan tutdu. M.İbrahimov. // məc. İstinadgah, əsas, dayaq. [Kəndli:] Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov. Köhnə yaşayışın əsas sütunları yıxıldı. T.Ş.Simurq.
Qəzetdə, kitabda və s.-də səhifənin yuxarıdan aşağıya doğru bölünmüş hissələrindən hər biri. Müdir cənablarının bu cür tərifi qəzetin bir uzun sütununu doldurub. C.Məmmədquluzadə. Sabaha çırpınan fikirlərimi; Milyonlar oxuyur sütunlarında. B.Vahabzadə.
məc. Aşağıdan yuxarıya dikələn, qalxan şey haqqında. Yanğından qalxan tüstü sütunu. Sütun kimi dikəlmiş bir başdaşı. A.Səhhət. Alovun işığı samovardan qalxan buxara əks edərək, masadan tavana qədər qızıl bir sütun təşkil edirdi. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed