İzahlı lüğət

SÜRÜ

is. Bir yerdə otlayan, adətən bir cür heyvan dəstəsi. Qoyun sürüsü. inək sürüsü. Quzu sürüsü. - Sürülər, itlər, çobanlar ormana, sərin kölgəliklər altına çəkilmişdi.. A.Şaiq. Ferma işçiləri sürünü qarşıladı.
M. İbrahimov. // Bir yerdə saxlanan bir cür quş, balıq və digər heyvan qrupu. Bir neçə həftə az qala ayaq altında üzən ördək sürüsü, indi Qara daşlardan otuz-otuz beş addım uzaqda idi. M.Hüseyn. // məc. Qarmaqarışıq, nizamsız böyük insan dəstəsi.
□□ Bir sürü - çoxluq bildirir. [Mirzə:] Bizim bir balaca hesabımız var, ondan ötrü gəlmişəm, vəssalam, nə lazım qardaş, kasıb adamam, bir sürü külfət sahibiyəm, zarafat deyil. N. Vəzirov. [Ağa:] Kəndin bir sürü itləri tökülüb üstümə, başladılar məni dartışdırmağa. Ə.Haqverdiyev.
sürü-sürü sif. Sürülərlə, böyük-böyük dəstələrlə; çoxlu, saysız-hesabsız. Sürü-sürü qoyun-quzu. - O qarlı dağları duman bürüdü; Çar tərəfdə qoşun sürü-sürüdü. “Qaçaq Nəbi” . Sürü-sürü qoyunları çoban yamacda otladır; Alar ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

first box will be shown BEFORE second