İzahlı lüğət

SİYİRMƏK

f . 1. Şiddətlə toxunaraq, sürtünərək üzərindən qoparmaq, soymaq, aparmaq, cızmaq, qabığını çıxartmaq. Daş dizimi siyirdi. Ağac qolumu siyirdi.
Qabda qalan yemək qalığını çörək və ya barmaqla silib təmizləmək. Boşqabı siyirmək. Qazanın dibini siyirmək. Nimçədəki xörəyi siyirmək.
Qınından çəkərək çıxarmaq. Xəncəri siyirmək. Qılıncı siyirmək. - [İgid] Siyirə qılıncı, çəkə qalxanı! Səksən oxu sadağından boşana. “Koroğlu” . Cəllad gəlib, qılıncı siyirib hazır durur. Ü.Hacıbəyov. [Katib:] ..Sonra da xəncərimizi siyirib, Dövlətin evinə (gedək). Ə.Əbülhəsən. // məc. Ölümlə hədələmək, öldürməyə amadə olmaq. İndi azar soxulub; İliyinə, qanına; Ölüm qılınc siyirib; Həyat qəhrəmanına. R.Rza.
Əynindən sürüşdürüb salmaq, çıxartmaq. [Nərgiz] ..[plaşını] siyirib otun üstünə saldı. B.Bayramov. Üzüb atmaq, kəsmək. ..[Kovxa] belindəki xəncərini çəkib xoruzun başını siyirdi. S.Rəhimov.
□□ Ürəyini siyirmək - bax ürək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SIX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed