İzahlı lüğət

SİNİF

is. [ər.] 1. Elmi və digər təsnifatda: a) biol. bitki və heyvanların təsnifatında böyük bölmələrdən (şöbələrdən) biri. Sudaquruda yaşayanlar sinfi. Məməlilər sinfi. Ikiləpəli bitkilər sinfi. - Zooloji təsnifata görə bal və ya ev arısı buğumayaqlılar tipinin cücülər sinfindən, pərdəqanadlılar dəstəsinə daxil olan arılar fəsiləsinin bal verən arılar cinsindəndir. R.İbrahimov; b) mənt. müəyyən keyfiyyətə, xüsusiyyətə malik olan eynicinsli şeylərin məcmusu.
Dərəcə, bölgü. // Gəmilərin, vaqonların, paroxodların və s.-nin quruluş tipindən və təchizatından asılı olaraq bölgü dərəcəsi.
İctimai təbəqə, zümrə. Çexov müxtəsər və qısaca hekayələrdə rus millətinin hər bir sinfinə dair əhvalat yazıb. F.Köçərli. Iki şey lazım olur: ya gərək sən elə bir zat olasan ki, bu söz sənə deyilsin, ya budur ki, sən haman sözü deyən sinifdən olasan. Qantəmir. Mən əzilən bir sinfin hayqıran; Haqq bağıran sədasından yarandım. M.Müşfiq.
İbtidai və orta məktəb şagirdlərinin, oxuduqları dərs ilinə uyğun olaraq bölgüsü. Ikinci sinif şagirdi. - Mirzə Səfərin iki oğlu ədliyyə məktəbinin beşinci sinfində oxuyurdular. Ə.Haqverdiyev. Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq. // Musiqi və rəssamlıq məktəblərində müəyyən müəllimin rəhbərliyi altında məşğələ və ya müəyyən fənn keçən şagirdlər qrupu. Royal sinfi. Heykəltəraşlıq sinfi. // Məktəbdə dərs keçilən otaq. Sinif qapıları açılır birdən; Çıxır həyəcanla bir-bir uşaqlar. N.Rəfibəyli. Bir canlanma, bir şənlik var; Geniş sinif otağında. M.Dilbazi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed