İzahlı lüğət

SİFƏT1

is. [ər.] 1. Üz. ..Hər kəs [Xudayar bəyin] sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. C.Məmmədquluzadə. [Gülçöhrə:] Asya demişkən arşınmalçının sifəti yaxşı idi. Ü.Hacıbəyov.
2. Bir şəxsi və ya şeyi başqalarından fərqləndirən hal, surət, keyfiyyət. Mərdlik insana yaraşan ən gözəl sifətlərdən biridir.
□□ Sifət göstərmək - bax üz göstərmək (“üz” də). Sifəti tutulmaq - qanı qaralmaq, üzü tutulmaq. Nazxanımın sifəti tutuldu. İ.Əfəndiyev. Sifətin tökülsün! - qarğış ifadəsi. Sifətini turşutmaq - bax sir-sifətini turşutmaq. Kosa [Meşinovun] döşündən itələyərək bürüşmüş sifətini turşutdu. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAC

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed