İzahlı lüğət

SƏRTLƏŞMƏK

f . 1. Getdikcə yumşaqlığı, mülayimliyi azalmaq, kəskinləşmək, daha da sərt olmaq, daha da şiddətlənmək, qatılaşmaq. Hava daha da sərtləşir, külək daha da gücləşirdi. C.Cabbarlı. Külək gah mülayim əsir, gah sərtləşir. R.Rza.
məc. Qabalaşmaq, kobudlaşmaq, kəskinləşmək. Xasiyyəti sərtləşmək. - Ağa Murad bəyin Reyhan xanımla rəftarı.. get-gedə sərtləşirdi. T.Ş.Simurq. Xəlil, deyəsən, katibin niyyətini duyub, birdən sərtləşdi. M.Hüseyn.
Ciddi, sərt görkəm almaq, sərtlik ifadə etmək. Üzü sərtləşmək. - Səlimin gözləri də Kərimin gözləri kimi sərtləşdi. S.Rəhimov. Səmədin sifəti sərtləşdi. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed