/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_1.php

İzahlı lüğət

SAZ2

sif. [fars.] 1. İşlətmək üçün tam yararlı, hazır halda olan; sınığı, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş. Saz maşın. Saz alət. Saz saat. - [Xortdan:] Bala, faytonun sazdımı? Ə.Haqverdiyev. Alınca xəbəri qaçmışdı birbaş; Çiynində saz tüfəng, beldə patrondaş. H.K.Sanılı. □ Saz eləmək (etmək) - düzəltmək, qaydaya salmaq, uyğunlaşdırmaq. Sən də, gözüm, Allaha baxıb zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif. Mən demənəm dərdüqəmim az eylə; Daim meylin meylim ilə saz eylə. Q.Zakir. Saz olmaq - uyğun olmaq, bərabər olmaq, tay olmaq. Zaman sənə saz olmasa, sən zamana saz ol. (Ata. sözü). Yara yar saz olmasa; Pünhanda tər-tər ağlar. (Bayatı).
Möhkəm, qıvraq, sağlam, dözümlü. Bədəncə saz. Canı-başı saz. - [Muxtar] Feyzini səsləyib iki saz at yəhərləməsini tapşırdı. Bayramov. // Yaxşı, yerində. Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. S.Rüstəm. // Sazdır şəklində - yaxşıdır, düzgündür, qaydasındadır, yerindədir mənalarında. Demək ki, keyfiniz sazdır. M.S.Ordubadi. [Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. U.Hacıbəyov. [Aslan starşinaya:] Hər şey öz qaydasındadır, maşın sazdır. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......