İzahlı lüğət

ŞAPALAQ

is. 1. Əlin içi ilə vurulan zərbə, şillə. Üzünə bir şapalaq çəkdi. - Məşədi Salman axırıncı dəfə bu cavabı eşitdikdə Məmmədə bir şapalaq vurdu. T.Ş.Simurq. ..[Çobanların] çomaqları ki əlindən düşdü kütləşdilər, yəni yumruqla, şapalaqla bir şey eləyə bilmirdilər. İ.Əfəndiyev.
2. Ovuc, əliçi. Qoca yemə cumdu,.. iki şapalaqda payının yarısını ötürdü. M.Hüseyn. □ Şapalaq vurmaq - ovcu ilə, əlinin içilə götürmək, ovuclamaq. Bəziləri, xüsusən kişilər sol əllərini yerə verib, sağ əli ilə aşa iri şapalaqlar vururdular. Ə.Əbülhəsən.
□□ Şapalaqla üz qızartmaq - bir şeyi süni yolla gizlətməyə, yaxşı göstərməyə çalışmaq. [Hacı:] Mən şapalaqla üz qızardıram, xaricilər elə bilirlər ki, Hacının qızılı daşır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed