İzahlı lüğət

ŞƏHADƏT

is. [ər.] 1. Şahidlik. [Ağa Salman:] ..Gedim, sərbazları görüm, əhvalat xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzadə. // Dəlalət, sübut. Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə; Laləvəş sinəmdəki dağlar şəhadətdir mənə. Q.Zakir. □ Şəhadət etmək 1) bax şəhadət vermək; 2) göstərmək, sübut etmək, dəlalət etmək, təsdiq etmək. Şagirdin cavabları onun zəkalı olmasına şəhadət edir. Şəhadət vermək - şahidlik etmək, şahidlik göstərmək, gözü ilə gördüyü bir işin həqiqətən olduğunu təsdiq etmək. [Axund Çimnaza:] Yaxşı, sən öz qızın üçün şəhadət edirsən ki, Səriyyə Qurbana getməyə razıdır? C.Cabbarlı. Oğrular üzə çıxdılar. Amma onlar kor Hümmətin tapşırığı ilə Iskəndərin əleyhinə şəhadət verdilər. M.Hüseyn.
2. Şəhidlik, şəhid olma (bax şəhid). □ Şəhadətə yetişmək - şəhid olmaq, həlak olmaq (yüksək bir amal yolunda). [Şeyx Nəsrulla qəbiristanlığı göstərib:] Ondan ötrü ki, [bunlar xudavəndi-aləmin] göndərdiyi bəladan qaçmayıb şəhadətə yetişiblər. C.Məmmədquluzadə.
□□ Şəhadət barmağı - baş barmaqla orta barmaq arasındakı barmaq (bir şeyi göstərmək istəyəndə bu barmaqla göstərilir). Kərbəlayı Heydər əmi çıxardı küçəyə, sağ əlinin şəhadət barmağını yuxarı qovzuyub, ancaq mənə bircə bunu deyərdi ki: “Qırışmal! Uşağı döymə!” C.Məmmədquluzadə. Kərbəlayı Xəlil şəhadət barmağını əvvəlcə alnına tərəf uzadıb, sonra üst dodağı qarşısında saxladı. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed