İzahlı lüğət

SAĞRI

is. Heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf. Atın sağrısı. - [Dərviş:] [Ruqiyyə] buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi. A.Divanbəyoğlu. [Səməd kişi] axırıncı sözləri deyə-deyə dönüb öküzlərə tərəf baxdı və bir-iki ağac da onların tozlu və arıq sağrılarına “ho, ho” çığıraraq endirdi. T.Ş.Simurq. // İnsan bədəninin beldən aşağı oturaq hissəsi.
□□ Sağrı başmaq - keçmişdə: atın sağrı gönündən hazırlanan başmaq. Əyləş məclisində, gəlməsini gör; Sağrı başmaq geyib, gəlməsini gör. Aşıq Ələsgər. Çəkibdir burnuna qara yaşmağı; Ayaqda dikburun sağrı başmağı. H.K.Sanılı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed