İzahlı lüğət

ŞADLIQ

is. Sevinc, fərəh. Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. M.V.Vidadi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi. // İnsana fərəh, sevinc, məmnunluq verən hadisə, şey; nəşə, kef, əyləncə, toy, bayram. [Mərcan bəy qonaqlara:] Oturun burada, yeyin, için, kef çəkin. Bu gün şadlıq günüdür, gərək şad olasınız. Ü.Hacıbəyov. [Vəzir:] Şadlıq dəmi çatdı, durun! Şahanə bir məclis qurun! A.Şaiq. □ Şadlıq eləmək (etmək) - çalıboynamaq, əylənmək, kef eləmək, şadlanmaq. Toydan qabaq gəlinin başına və əl-ayağına xına yaxardılar. O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb şadlıq edərdilər. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed