İzahlı lüğət

RƏDD1

is. [ər.] Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə. [Cavanşir:] Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsinl M.Hüseyn. Kazım əli ilə rədd işarəsi verdi. Mir Cəlal. □ Rədd etmək qəbul etməmək, yox cavabı vermək, mənfi cavab vermək, razı olmamaq. [Mirzağa] qorxurdu ki, Cəmilə onun təklifini rədd edər. S.Hüseyn. Anam dayımın təklifini rədd etdi. Axundov; 2) özündən uzaqlaşdırmaq, başından eləmək. Gülpəri də [Baharın] ona Nurəddin barədə gizlin gözətçi olmasını duyub, Baharı bir yolla rədd etməkfıkrində idi. Axundov; 3) qovmaq, qəbul etməmək. [Balaş:] Sevill Diz üstə çöküb bir çocuq kimi yalvarıram; məni öldür, rədd etməl C.Cabbarlı. [Xalıqverdinin] aləmində qonağı rədd eləmək nanəciblik idi. Ə.Vəliyev. Rədd ol! birisini özündən uzaqlaşdırmaq, qovmaq məqamında işlədilir. [Məşədi İbad:] Əşi, rədd ol o yana, bir sən qalmışdın ki, məni soyasan. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ROL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed