İzahlı lüğət

QURAŞDIRMAQ

f. 1. Bir neçə müxtəlif parçanı bir-birinə calamaq, bitişdirmək, uyuşdurmaq. // Qatmaq, birləşdirmək, calamaq, yapışdırmaq. [Səfər bəy Axunda:] ..Bulaq yanında olanların bir parça yeri var, onu gərək bulaqqarışıq şəriətin yolu ilə mənim yerimə quraşdırasan. B.Talıblı.
xüs. Maşının və s.-nin hissələrini yığıb qurmaq, birləşdirmək, yerbəyer yerləşdirmək. Özüllər qurulduqdan sonra vışka quraşdırılır. Quliyev.
məc. Özündən düzəltmək, özündən toxumaq, uydurmaq. ..Zeynalın özündən quraşdırıb oxuduğu şikəstə ortalığı daha da canlandırdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

QOM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed