İzahlı lüğət

QƏRAR1

is. [ər.] 1. Bir məsələni müzakirə etdikdən sonra, hamı tərəfindən çıxarılan nəticə; qətnamə. Qərar layihəsi. Qərarı müzakirə etmək. □ Qərar vermək (qoymaq) - bir şeyi müzakirə etməkdən, yaxud bir şey haqqında düşündükdən sonra müəyyən nəticəyə gəlmək, qəti bir fikrə gəlmək, qət etmək. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu. Ə.Haqverdiyev. Qərara gəlmək (almaq) - qərar çıxarmaq, qərar qəbul etmək. [Baba:] ..Yığıncağınızda nə qərara gəldiniz? S.S.Axundov; // bax qərar vermək (qoymaq). Axırda bu qərara gəldilər ki, .. qoca kəndli onların mübahisəsini həll etsin. S.S.Axundov. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verir. S.Hüseyn. // Hüquq termini kimi. Məhkəmənin qərarı. Qərar qətidir. Məhkəmə qərar çıxardı. Məhkəmə qərarı və ya prokurorun icazəsi olmadan heç bir kəs həbs edilə bilməz.
Fikir, mülahizə; əzm. Heç bir şey məni öz qərarımdan daşındıra bilməz. - Heç bir təhlükə, heç bir qorxu [fridunu] qərarından döndərə bilmədi. M.İbrahimov.
Qərarlaşma, sözləşmə, qabaqcadan danışıb şərtləşmə. Elə ki libas geyinmək tamam oldu, miraxur atı qabağa çəkdi, Yusifi Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. M.F.Axundzadə.
□ Qərarla, qərar ilə - qayda ilə, qaydada, üsul ilə, tərz ilə, sayaq. [Hacı Nayib:] Əhvalat bu qərar ilədir ki, hər bir hakimin birinci vəzifəsi məmləkətin abadlığı və əhalinin istirahət və səadətidir. C.Məmmədquluzadə. Bu qərarla Təbrizdən hərəkət etdiklərinin 9-cu günü Dəclə çayı sahillərinə yaxınlaşdılar. M.S.Ordubadi. □ Bir qərarla
bir qaydada; üsulu, qaydanı, sürəti, ahəngi və s.-ni dəyişdirmədən, müntəzəm surətdə. Su bir qərarla axır. Bir qərarla nəfəs almaq. Bir qərarla yerimək. Bir qərarla oxumaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed