1
QƏMİŞ sözünün izahı / QƏMİŞ sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

QƏMİŞ

is. 1. B ax qamış. Stol üstündə bir dənə naxışlı gözəl qələmdan və bir qəmiş qələm var idi. P.Makulu.
2. məc. dan. zar. Təngə gətirən, əl çəkməyən, zəhlə aparan, bezikdirən adam haqqında. Söz deyirsən yenə çatmır qəmiş oğlu qəmişə; Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə! Şəhriyar.
□ Qəmiş qoymaq dan. - bir işin gedişinə, düzəlməsinə mane olmaq, müdaxilə edib əngəl törətmək. Qəmiş olmaq dan. - təngə gətirmək, əl çəkməmək, zəhlə aparmaq. [Məcid kişi:] Əl-ayağa dolaşma burda, sən maşın sürəndə biz qıraqdan qəmiş olmuruq ki?! İ.Şıxlı. Qəmişini çəkmək dan. - əl çəkmək, rədd olmaq, rahat buraxmaq. Sən öl, sən bu ayın sahibi, məndən qəmişini çək! Dadaş canı, yaxamdan əl götür! Məni alyerdən qoyma. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif