İzahlı lüğət

QAYMAQ

is. 1. Bişirilən, ya sərilən südün, yaxud qatığın üzünə yığılan qatılaşmış yağ maddəsi. Camış (qoyun inək) qaymağı. Suvarmasam yanar otlar, çiçəklər; Ac qalanda süd verməsə inəklər; Nədən olar şor, pendir, yağ, qaymaqlar? A.Səhhət. □ Qaymaq bağlamaq - bax qaymaqlanmaq. Qaymaq kimi məc. - 1) çox ləzzətli, dadlı; 2) son dərəcə ağ və yumşaq şey haqqında. Qaymaq yağı - qaymaqdan alınan yağ, ən əla kərə yağı. Avropa şəhərlərinin ətrafında yağ çalxalayanlar kərə yağı bir neçə qisim edib, onun əlasını yemək üçün satırlar və belə əla yağa qaymaq yağı deyirlər. “Əkinçi” .
məc. Hər şeyin ən yaxşı, ən seçilmiş hissəsi. Cəmiyyətin qaymağı.
məc. Ləzzət mənasında. [Musa:] Çəkil gözlərimin səkisindən, mən təzə eşqin qaymağını yeməyə gedirəm. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed