İzahlı lüğət

QAYIŞ

is. 1. Belə bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; kəmər. Çamadan qayışı. Yəhər qayışı. Məfrəş qayışları. Çanta qayışı. - Əksərən .. cibli köynək geyərək, belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə dolmuş(du). M.İbrahimov. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi. İ.Şıxlı. // Ülgüc itiləmək üçün ensiz uzun dəri.
2. tex. Hərəkəti bir təkərdən o birinə nəql etmək üçün baş-başa tikilmiş uzun dəri, möhkəm brezent və s. zolağı. İntiqal qayışı. Döyünən, çırpınan qayışlı çarxlar; Sapsarı su axan xırdaca arxlar.. S.Vurğun.
□ Qayış kimi - 1) çox bərk, çox sərt; 2) qoparılmaz, qopmaz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed