İzahlı lüğət

PARTİYA

[fr.] 1. Bir sinfin, siyasi təşkilat şəklində birləşmiş, öz sinfi mənafeyini ifadə və başqa siniflərlə mübarizəsinə rəhbərlik edən hissəsi. Siyasi partiyalar.
Adətən böyük miqdarda olan şey, mal və s. Bir partiya mal. Yükləri partiyalarla göndərmək.
Çoxsəsli musiqi əsərinin bir oxuyan və ya bir alət tərəfindən ifa olunan hissəsi. “Koroğlu” operasından Nigarın partiyası. Skripka partiyası. - Partiya - musiqi ansamblında (orkestrdə, xorda, opera əsərlərində, trioda və s.) iştirak edənlərdən hər biri üçün yazılmış musiqidir. Ə.Bədəlbəyli. // Belə hissənin notları. // Operada solo rolu.
Əvvəldən axıra qədər şahmat, kart və s. oyunu. Bir partiya oynamaq. Üçüncü partiyanı udmaq. Dama partiyası.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed